Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” şəbəkəsini yüksək templə genişləndirməyə və modernləşdirməyə davam edir

1 il öncə şəbəkəsinin genişləndirilməsi və modernləşdiriməsi üzrə genişmiqyaslı layihəyə start verən “Azercell” bu istiqamətdə bir sıra mühüm işlər görüb. Lider mobil operator ümumi şəbəkə tutumunu ölkə boyu gücləndirməklə yanaşı Azərbaycanda ilk 5G şəbəkəsini test rejimində işə salıb. Eyni zamanda, ötən ilin avqust ayından etibarən “Azercell” respublikanın müxtəlif regionlarında 160 yeni 4G baza stansiyası quraşdırıb, 1554-dən çox baza stansiyasında isə təkmilləşdirmə işləri aparıb. Təkcə Naxçıvan Muxtar Respublikasında lider mobil operator 70-dən çox yeni 4G baza stansiyasını istifadəyə verib. Bununla da lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini 14.1% artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində “Azercell”in internet trafikinin həcmində 30%-dən çox artım müşahidə edilib.

Azercell” işğaldan azad edilmiş ərazilərdə də ən müasir texnologiyalardan istifadə edərək şəbəkəsini genişləndirməyə davam edib. Hazırda Qarabağda “Azercell”in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, QubadlıKəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.

Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan “Azercell”, ötən il Qarabağda “yaşıl” texnologiyaların da tətbiqinə başlayıb. Mobil operator artıq QubadlıCəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb və cari ilin sonunadək onların sayını 35-ə çatdırmağı planlaşdırır.

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağa çalışan “Azercell” öz mobil şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsi istiqamətində Azərbaycanda 300-dən çox yeni baza stansiyası quraşdırmağı  və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirməyi planlaşdırıb.

Poliqon.info 


Etiket: Azercell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Rusiya və Qərb, erməni və gürcü xalqlarını öz hakimiyyətləri ilə üz-üzə qoyub...

Ən çox oxunanalar