Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

12,7 min vergi borcu olan şirkət nazirliyə 12,9 min manatlıq kisə satacaq

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub...

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Azer Atribut” MMC (VÖEN- 1005867471) olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən “Azer Atribut” MMC Məhkəmə Ekspertizası Mərkəzinin sifarişi əsasında bu quruma üzərində sublim yolu ilə emblemi həkk olunan 3 800 ədəd müxtəlif ölçülü bez və kolenkordan hazırlanan kisələr satacaq və qarşılığında 12 min 935 manat 75 qəpik (bir ədəd kisə 3,4 manat) alacaq.

Məlumat üçün bildirək ki, “Azer Atribut” MMC 16.04.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Azadlıq pr., ev 15/168-də yerləşir. Qanuni təmsilçisi Paşayev Mehti Paşa oğludur.

Açıq internet resurslarında yayılan məlumata (https://bayraqevi.az/) görə “Azer Atribut” MMC böyük və kiçik ölçüdə bayraqların istehsalı, həmçinin bayraq dirəklərinin satışı ilə məşğuldur.

Onu da bildirək ki, 12 min 935 manat 75 qəpiklik tenderin qalibi olan “Azer Atribut” MMC-nin dövlət büdcəsinə hazırda 12 min 684 manat 71 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
“Azer Atribut” MMC-nin qalib olduğu tender müsabiqəsi bir ay əvvəl – iyun ayının 5-də başlayıb. Əgər iyun ayının 5-də şirkətin vergi borcu olmayıbsa, o zaman 12,7 min manatlıq borc son bir ayda yaranıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Ən çox oxunanalar