Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rəşad Dağlı ilə bağlı sözlərimə görə, məndən incidilər"- Ağamirzə

Meyxanaçı Ağamirzə Məmmədov "A-dan Z-yə" proqramında qonaq olub...

"Rəşad Dağlı bu gün məclislərdə olmasa da, qəlbimizdədir. Rəşadın güclü meyxanaçı olduğunu dediyimə görə, məndən incidilər".

Poliqon axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "A-dan Z-yə" proqramında qonaq olarkən deyib. O, hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlı ilə bağlı bu fikirləri səsləndirib:

"Dəfələrlə demişəm, indi də təkraralayıram, bu günə qədər kimin xətrinə dəymişəmsə, üzr istəyirəm. Kimsə mənim xətrimə dəyibsə, onları da bağışlayıram. Bu dəqiqə meyxanaçılar var, amma aralarından birini seçmək olmur. Gərək üstündən vaxt keçsin. Rəşad Dağlını əvəz edən yoxdur. Yenə inciyəcəklər məndən. Olanda deyəcəyəm ki, filankəsdir".

Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Bakıda ata və onun azyaşlı oğlunu avtomobil vurub

Ən çox oxunanalar