Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sinqapurda "Aframax" tipli "Qarabağ" tankeri istismara verilib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan növbəti “Aframax” tipli tanker Sinqapurda istismara verilib.

Poliqonun ASCO-ya istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyevin tapşırığı ilə “Qarabağ” adlandırılan gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında üzəcək digər “Aframax” tipli tankerlər kimi, “Qarabağın” da dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 min tondur.

Gəmini Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100 % törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək.

Qeyd edək ki, “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən bazar araşdırması nəticəsində ilkin olaraq üç “Aframax” tipli tanker alınıb. Bunlardan birincisi - “Şuşa” gəmisi 15 iyun - Qurtuluş Günündə istismara verilib. Üçüncü gəminin - “Zəngəzur”un istismara verilməsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir.

"Prezident İlham Əliyevin birbaşa dəstəyilə alınan bu nəhəng tankerlər ölkəmiz üçün strateji əhəmiyyətə malik olmaqla, milli gəmiçiliyin yükdaşıma potensialının artırılmasına xidmət edəcək, neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verəcək. Gəmilər SOCAR-ın, eləcə də digər sifarişçilərin xam neft yükünün daşınmasını yerinə yetirəcək", - məlumatda deyilir.

Qeyd olunur ki, bir müddət əvvəl yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları”ndan cəlb olunan vəsait sözügedən “Aframax” tipli tankerlərin alınması layihəsi üzrə ASCO-nun payının maliyyələşdirilməsinə yönləndirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay