Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada silahlı qiyamla bağlı cinayət işinə xitam verilib

Rusiyada silahlı qiyamla bağlı açılmış cinayət işinə xitam verilib...

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Yevgeni Priqojin iyunun 23-də axşam saatlarında rəhbəri olduğu “Vaqner” Özəl Hərbi Şirkətinin 25 minlik ordusu ilə Rusiya Müdafiə Nazirliyini silahlı birləşmənin mövqelərinə raket zərbəsi endirməkdə ittiham edərək qisas üçün Moskvaya doğru hərəkət etdiyini açıqlayıb. Onun bu açıqlamasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin istintaq idarəsində Priqojin və “Vaqner” silahı qruplaşması barəsində silahlı qiyama cəhd maddəsi ilə cinayət işi açılıb. İyunun 24-də Rostovdan Rusiya sərhədini keçən Priqojin və ordusu Voronej və Lipetsk vilyətinə daxil olaraq Moskvadan 200 km məsafəyə qədər irəliləyib. Səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edərək, Priqojinin hərəkətini satqınlıq və xəyanət, baş verənləri hərbi qiyam adlandırıb. Yalnız Belarus prezidenti Aleksandr Lukaşenkonun apardığı danışıqlardan sonra Priqojinin Moskva istiqamətində yürüşü dayandırıb. O, bunu qan tökülməməsi üçün etdiyini və Vaqnerin Ukrayna cəbhəsində dislokasiya olunan yerlərinə qayıtdığını açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov Priqojin barəsində açılan cinayət işinə xitam veriləcəyini, onun Belarusa gedəcəyini, “Vaqner” üzvlərinin isə Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağını söyləyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar