Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Qərbin silah şirkətləri ilə danışıqlar aparır...

Kiyev Ukraynada fabriklər qurmaq üçün Qərbin silah istehsalçıları ilə danışıqlar aparır...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinə ölkənin strateji sənayelərin inkişafı nazirinin müavini Sergey Boev məlumat verib. Onun sözlərinə görə, bir neçə ay ərzində müvafiq müqavilələr imzalana bilər.

“Biz onlarla (xarici istehsalçılarla-red.) çox ətraflı danışıqlar aparırıq. Əminik ki, yaxın bir neçə ay ərzində biz müqavilə sazişləri imzalayacağıq”, detə Boev bildirib.

O, dəqiqləşdirib ki, hazırda Ukraynada istehsal müəssisələrinin yaradılması məsələsi Almaniya, İtaliya, Fransa və Şərqi Avropanın istehsalçıları ilə müzakirə olunur: “Gələcəkdə təcavüzün qarşısını almaq üçün Ukraynaya güclü müdafiə sənayesi lazımdır. Ona görə də beynəlxalq tərəfdaşlar Ukraynaya gəlməli, istehsal qurmalı və onu azad dünyanın təhlükəsizlik sisteminin bir hissəsinə çevirməlidirlər”.

Agentlik qeyd edir ki, Paris aviaşousu çərçivəsində ukraynalı nazir dronların istehsalı üzrə ixtisaslaşmış beynəlxalq şirkətlərin nümayəndələri ilə də görüşüb. Lakin o, bu şirkətlərin adlarını açıqlamaqdan imtina edib: “Biz əməkdaşlığın müxtəlif səviyyələrini müzakirə etdik. Bəzi şirkətlər dronların istehsalına sərmayə qoymağa hazır olduqlarını bildiriblər”.

Bununla belə, Avropa müdafiə sənayesindəki adı açıqlanmayan mənbənin sözlərinə görə, pilotsuz təyyarələrin sınaqları ilə bağlı Avropa qaydaları və standartlarına görə şirkətlər Ukraynada istehsal qurmaq üçün razılıq almaqda çətinlik çəkə bilər.

2022-ci ilin avqustunda hücum pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşan Türkiyənin "Baykar" şirkəti tərəfindən Ukraynada bölmə yaradılıb. Şirkət ölkədə zavodun tikintisinə hazırlıq barədə də məlumat verib. Orada "Bayraktar Aknc" yüksək hündürlükdə uzun mənzilli pilotsuz uçan aparatının yığılacağı gözlənilir. Şirkətin rəhbəri Haluk Bayraktar bildirib ki, zavodun tikintisi 2024-cü ilə qədər başa çatdırılmalıdır.

2023-cü il may ayının sonunda Ukrayna prezidenti Volodimir Zelenski Britaniyanın "BAE Systems" müdafiə şirkətinin nümayəndələri ilə görüşdə Ukrayna ərazisində istehsala başlamaq barədə razılığa gəldiyini bildirib. Zelenskinin sözlərinə görə, Ukrayna müxtəlif növ "BAE Systems" məhsullarının təmiri və istehsalı üçün əsas regional mərkəzə çevrilmək niyyətindədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay