Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ rayonunda “Son zəng” tədbirləri təntənəli qeyd olundu

14 iyun 2023-cü il tarixində Qaradağ rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olundu.

Poliqon.info xəbər verir ki, Lökbatan qəsəbəsindəki Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayon icra hakimiyyətinin məsul işçiləri, şəhid məzunların valideynləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak etdilər.
Tədbir Azərbaycanın Dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışdı. Rayonumuzda son illər ərzində təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməsini təhsildə keyfiyyətin yüksəlməsinə təsir edən amil kimi qiymətləndirdi. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladı.

288 nömrəli tam orta məktəbin direktoru Taleh Kazımov çıxışında 2022-2023-cü tədris ilində məktəbin qazandığı nailiyyətləri qeyd etdi, 2 nəfər şagirdin respublika fənn olimpiadasında qızıl medal qazandığını bildirdi. Zəfər qazanmış xalqın nümayəndəsi olaraq dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı şagirdlərə tövsiyə etdi.

Məktəbin şəhid məzunu Məzdək Eyvazovun anası çıxışında şagirdlərə vətənə layiqli övlad olmağı, hər zaman Bayrağımızı uca tutmağı arzuladı.
Birinci sinif şagirdləri məzunlara həsr edilmiş şeirlər söylədilər.
Son zəng çalındı.

Tədbir bədii proqramla davam etdi. Valideynlər, müəllimlər on birincilərə xeyir-dua verdilər.

Qaradağ rayon məktəblərində son zəng tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən yüksək səviyyədə təşkilatı işlər aparılaraq, bu günün bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişdilər.

Lökbatan, Sahil, Ələt, Puta, Qobustan, Korgöz, Ümid, Sanqaçal, Çeyildağ, Müşviqabad və Qızıldaş qəsəbələrində yerləşən tam orta məktəblərdə keçirilən “Son zəng” mərasimləri də yaddaqalan oldu.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində 3 seçki məntəqəsində seçkinin nəticələri etibarsız sayılıb

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Rəsmi Moskva: İndiki şəraitdə Rusiya hərbçilərinin Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məqsədəuyğun deyil

Ən çox oxunanalar