Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP "Son zəng"lə bağlı məktəblərin ətrafında gücləndirilmiş qaydada xidmət edəcək

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi orta məktəblərdə keçiriləcək “Son zəng” tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi tərəfindən məzunların hansı qaydada "Son zəng" tədbiri keçirməsi ilə bağlı ictimaiyyətə məlumat verilib: “Yol polisi olaraq qeyd etmək istəyirik ki, ötən illərdə də müxtəlif formalarda xoşagəlməz hadisələr baş verib. Belə ki, həmin gün valideynlər övladlarına avtomobillərini həvalə edirlər, bu da sonda bədbəxt hadisənin yaranmasına səbəb olur. Bir daha valideynlərə xəbərdarlıq edirik ki, avtomobilləri idarəetmə hüququ olmayan şəxslərə verməsinlər. Bu, həm inzibati xətadır, həm də ictimai asayiş pozulur.

Bildirmək istəyirik ki, "Son zəng" tədbirləri ilə əlaqədar olaraq bütün təhsil müəssisələrinin ətrafında Bakı şəhər Baş Polis İdarəsi tərəfindən gücləndirilmiş qaydada xidməti fəaliyyət davam etdiriləcək. Bir daha valideynlərdən və məzunlardan xahiş edirik ki, bu cür qanunsuz əməllərə yol verməsinlər. “Əziz məzunlar, Son Zəngi sonuncu gün kimi qeyd etməyin”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Ən çox oxunanalar