Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran-Fransa münasibətləri və Makronun Rəisiyə xəbərdarlığı...

Rəisi ilə telefon danışığı zamanı Makron açıq şəkildə bildirib ki, rəsmi Tehran Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmalıdır...

Politoloq: “İran Rusiyaya dronlar göndərməkdən imtina etməyəcək. İranın Qərb sanksiyaları fonunda valyutaya ehtiyacı var. Rusiya dronların qarşılığında İrana böyük miqdarda pul ödəyir”.

İranın Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib ki, guya danışıqlar zamanı Makron Parisin Tehranla əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb. Ağlabatan deyil”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Fransa və İran liderlərinin telefon danışığını Poliqon-a şərh edərkən qeyd edib.

Fransa prezidenti Emmanuel Makronla İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı zamanı Makron açıq şəkildə bildirib ki, rəsmi Tehran Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmalıdır. Lakin görünən odur ki, İran Xəzər dənizi vasitəsilə Rusiya ərazisində PUA-ların istehsalı və PUA zavodunun tikintisi ilə bağlı istənilən və hərtərəfli dəstəyi həyata keçirməkdə israrlıdır.

Bəs Fransa liderinin İranın Rusiyaya dəstəyini dayandırmağa çağırışı kökündən hər hansısa bir dəyişiklik etmək gücündə ola bilər? Ümumiyyətlə, hazırda İran-Fransa münasibətlərini necə dəyərləndirmək olar?

İran-Fransa münasibətləri Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “İran Fransanın tərəfdaşı və dostu deyil ki, iki ölkənin dövlət başçısı uzun-uzadı “əməkdaşlığın inkişafı” mövzularını müzakirə etsinlər?”.

Makronun Fransanı Avropanın lider dövləti hesab edərək hər məsələdə rol almağa çalışdığını vurğulayan politoloq Elxan Şahinoğlu Poliqon-a bildirib ki, bu Makronun və Fransanın statusunu xüsusi olaraq artırmır:

“Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə 90 dəqiqə telefonda danışıblar. İranın Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib ki, guya danışıqlar zamanı Makron Parisin Tehranla əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb. Ağlabatan deyil. İran Fransanın tərəfdaşı və dostu deyil ki, iki ölkənin dövlət başçısı uzun-uzadı “əməkdaşlığın inkişafı” mövzularını müzakirə etsinlər?

Fransanın “Le Figaro” qəzeti fransalı rəsmilərə istinad edərək telefon danışığında Makronun Rəisini xəbərdar etdiyini və İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməyi dayandırmaq tələbini səsləndirdiyini yazıb. Fransa prezidenti Tehranın Rusiyaya dronlar göndərməkdə davam edəcəyi halda bunun İran üçün təhlükəsizlik və humanitar sahədə ağır nəticələri olacağını bildirib. Qərb ölkələrinin kəşfiyyat strukturlarının İranın Rusiyaya göndərdiyi dronların sayını artırdığı barədə məlumatları var.

Elxan Şahinoğlu: “İranın pilotsuz uçuş aparatları istehsal edən müəssisələri Rusiya üçün tam gücüylə işləyirlər”.

İran Rusiyaya dronlar göndərməkdən imtina etməyəcək. İranın Qərb sanksiyaları fonunda valyutaya ehtiyacı var. Rusiya dronların qarşılığında İrana böyük miqdarda pul ödəyir. Ukrayna səmasında hər gün onlarla İran dronu vurulur. Bu o deməkdir ki, İranın pilotsuz uçuş aparatları istehsal edən müəssisələri Rusiya üçün tam gücüylə işləyirlər.

Bəs Tehranı Makron niyə xəbərdar edib? Makron Fransanı Avropanın lider dövləti hesab edərək hər məsələdə rol almağa çalışır. Ancaq bu Makronun və Fransanın statusunu xüsusi olaraq artırmır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Məşhur ifaçılar Olimpiadanın açılış mərasimində çıxış edə bilərlər

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Ən çox oxunanalar