Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib...

Tədbirdə fövqəladə hallar nazirinin müavinləri general-leytenant Ragim Lətifov və Tapdıq Əmiraslanov, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Nazirliyin Aparatının nümayəndələri və Xidmətin əməkdaşları iştirak ediblər.

Əvvəlcə, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendə baxıb, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanan və Ümummilli Liderə həsr edilən “Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti” kitabı ilə tanış olublar.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov çıxış edərək deyib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. “Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”, - deyə sözünə davam edən Hikmət Abbasov ulu öndər Heydər Əliyevin ideya və əməllərini layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və Ordumuzun rəşadəti sayəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan doğma Qarabağımızın əbədi azadlığına qovuşduğunu, azad olunmuş ərazilərimizdə böyük quruculuq işlərinin getdiyini, infrastruktur layihələrinin icra olunduğunu iftixar hissilə dilə gətirib.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin xalqımızın xilaskarı kimi şərəfli ömür yolundan danışıb, müstəqil Azərbaycanın qazandığı uğurlardan geniş bəhs edib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti” kitabının müəllifi, Xidmətin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Rövşən Bəkirov öz çıxışında Ulu Öndərin Azərbaycanın yanğın təhlükəsizliyi orqanlarının inkişafındakı rolundan danışıb.

Tədbirin sonunda iştirakçılar Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə hazırlanan “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filminə baxıblar.

 

Poliqon.info

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay