Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Ukrayna münaqişəsinin dərhal siyasi həllini tələb edib

Çin BMT-dəki daimi nümayəndəsi Çjan Tsun Ukrayna ilə bağlı danışıqların başlanması üçün şərait yaradılmasının zəruriliyini bildirib...

Poliqon xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Tsun bazar ertəsi təşkilatın Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Ukrayna böhranının dərhal siyasi həllinintapılmasının müstəsna əhəmiyyətini bəyan edib.

“Dialoqun və danışıqların bərpasını uzun illər gözləmək olmaz”, deyə çinli diplomat vurğulayıb.

Çjan Tsun etiraf edib ki, bu mürəkkəb suala tək və sadə cavab yoxdur. Amma daimi nümayəndə vurğulayıb ki, istənilən kompleks həll həmişə ilk addımdan başlayır. Bununla bağlı Tsun danışıqların başlanması üçün şəraitin yaradılmasına və bəzi dövlətlərin bu fürsətdən istifadə etmək üçün münaqişənin alovuna yağ tökməməyə çağırıb.

Çjan Tsun həmçinin bildirib ki, Çinin xüsusi nümayəndəsi Li Huey hazırda Polşa, Ukrayna, Almaniya və Rusiyaya səfərlər edərək müzakirələr aparıb. Daimi nümayəndənin sözlərinə görə, onun ölkəsi böhranın siyasi həllinə nail olmaq üçün hamı ilə dialoq aparmaq niyyətindədir.

Çıxışının sonunda Çin diplomatı Pekinin böhranı dərhal siyasi yolla həll etməyə çağırışını bir daha təkrarlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay