Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə seçkilər: Səslərin 99,04 faizi hesablanıb, Ərdoğan 49,40 faiz səs qazanıb

Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb...

Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb.

Komissiya sədri Ahmet Yener deyib ki, ölkə daxilindəki seçki məntəqələrinin 99,04 faizinin nəticələri hesablanıb.

O bildirib ki, Türkiyə xaricindən daxil olan səslərin də 84.06 faizi hesablanıb.

Məlumata görə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,40 faiz səs toplayıb.

İkinci yerdə 44, 96 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb.

"Ata İttifaqı”nın namizədi Sinan Oğana 5,2 faiz seçici səs verib.

Məmləkət Partiyasının sədri Məhərrəm İncə 0,44 faiz səs toplayıb.(report)

***

Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 91,93 faizi sayılıb.

“Report” xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.

Onun sözlərinə görə, yerli vaxtla 02:25-ə olan məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan 49,49 faiz, Kamal Kılıçdaroğlu 44,79 faiz, Sinan Oğan 5,29 faiz, Məhərrəm İncə 0,43 faiz səs yığıb.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb. Hazırda seçki məntəqələrində səslər sayılır. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan. “Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib. “Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir. Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Poliqon.info


Etiket: Türkiyə MSK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay