Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sabah" - "Beşiktaş" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib - Yenilənib

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında keçirilən xeyriyyə oyunu başa çatıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib.

Azərbaycan təmsilçində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 41-ci dəqiqədə "Sabah"ın hücumçusu Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

***

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub.

"Report" xəbər verir ki, 60-ci dəqiqədə Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 3:3.

70-ci dəqiqədə Davit Volkov fərqlənib.

***

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

"Report" xəbər verir ki, 63-cü dəqiqədə İstanbul təmsilçisi hesabda önə keçib - 3:2. 

Cenk Tosun penaltini dəqiq yerinə yetirib. 

***

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda ikinci hissə başlayıb. 

"Report" xəbər verir ki, hazırda hesab bərabərdir - 2:2. 

***

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

"Report" xəbər verir ki, 44-cü dəqiqədə İstanbul təmsilçisi hesabı bərabərləşdirib - 2:2. 

Umut Meraş özünün və komandasının ikinci qoluna imza atıb. 41-ci dəqiqədə "Sabah"ın heyətində Coy Lens Mikels penaltidən yararlana bilməyib. 

Görüşdə ilk hissə başa çatıb. 

***

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

"Report" xəbər verir ki, 23-cü dəqiqədə İstanbul təmsilçisi fərqi azaldıb. 

23-cü dəqiqədə Umut Meraş fərqlənib. 

Hazırda "Sabah" öndədir - 2:1.

***

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda erkən qollar vurulub.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib.

3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib. 

***

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçirilən xeyriyyə oyunu başlayıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 18:00-da start götürüb.

Matçı Tural Qurbanov idarə edir.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Fərid Qayıbov qitə və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılarla görüşüb

Ən çox oxunanalar