Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kral və kraliçanın qovğası - III Çarlz həyat yoldaşı ilə mübahisə edib…

Tacqoyma mərasimində kralın kiçik oğlunun iştirakı kraliçanın qəzəbinə səbəb olduğu iddia edilir…

Böyük Britaniya kralı III Çarlz həyat yoldaşı Kamilla ilə şahzadə Harrinin tacqoyma mərasiminə dəvət edilməsinə görə mübahisə edib.

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Radar Online portalı öz mənbəsinə istinadən məlumat yayıb.

Xatırladaq ki, III Çarlz mayın 6-da Londondakı Vestminster Abbatlığında rəsmən tac geyinib. Şahzadə Harri tac qoyma mərasimində iştirak etsə də, digər mərasimlərdə iştirak etmədən dərhal ABŞ-a qayıdıb. Nəşr qeyd edir ki, kraliça mərasimdə şahzadə Harrinin iştirakından hiddətlənib.

“Kamilla şahzadə Uilyam ilə razılaşır ki, bu addım prinsipsizliyin təzahürü idi və Çarlz Harri və Meqanı krallıqdan qovmalı, onların xəyanətinə dözülməyəcəyini açıq şəkildə bildirməli idi”, deyə saraya yaxın olan mənbə nəşrə bildirib.

Mənbə həmçinin iddia edir ki, III Çarlz öz növbəsində onun qərarlarını daim tənqid edən Kamillanın hörmətsiz münasibətindən əsəbiləşir. Mənbənin sözlərinə görə, cütlük daimi mübahisələr olmadan nahar belə edə bilmir və qıcıqlarını Bukinhem Sarayının xidmətçilərindən çıxarırlar.

Xatırladaq ki, son zamanlar şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral ailəsi haqqında bir sıra qalmaqallı sirrləri açıblar. Həmin sirrlər arasında kraliça Kamilla haqqında da xoşagəlməz iddialar var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Ən çox oxunanalar