Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi rəhbərlikdəki daimi dəyişikliklər Rusiya ordusunun döyüş qabiliyyətini zəiflədib...

Rusiya Silahlı Qüvvələrinin hərbi rəhbərliyində mütəmadi dəyişikliklər Rusiya ordusunun döyüş effektivliyini aşağı salıb...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında deyilir.

Mütəxəssislər arqument kimi diqqəti müharibənin başlanmasından cəmi bir neçə ay sonra işğalda iştirak edən bütün qoşunların komandanının təyin edilməsinə yönəldirlər. Lakin bu vəzifəni tutan general Aleksandr Dvornikov cəmi bir neçə ay işğal qoşunlarına komandanlıq edə bilib. Ekspertlər hesab edir ki, general Aleksandr Dvornikov 9 May Qələbə Gününə qədər əhəmiyyətli nəticələr əldə edə bilməməsi ilə əlaqədar olaraq vəzifədən alınıb.

Dvornikovun təyinatı və vəzifədən çıxarılması Rusiya qoşunlarının komandanlığında daimi kadr dəyişikliyindəki epizodlardan biridir. ISW iddia edir ki, Rusiya ordusu üçün əhəmiyyətli struktur və reputasiya problemləri var ki, bu da onların döyüş keyfiyyətlərinə mənfi təsir göstərə bilər.

Bu rotasiyalara həm Müdafiə Nazirliyi daxilində fraksiya daxili çəkişmələr, həm də prezident Vladimir Putinin kadr dəyişikliyi edən rəhbərlik üslubu təsir edir ki, bu da çox güman ki, heç kimin həddən artıq siyasi təsir qazanmamasını təmin edir. Lakin ekspertlərin fikrincə, Putin çətin ki, bundan sonra Ukraynadakı qoşunlara yeni komandan təyin etsin. Çünki Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifəsindən kənarlaşdırılması Kremlin reputasiyasına xələl gətirəcək.

ISW analitikləri həmçinin bildiriblər ki, Rusiya ordusunda şəhər döyüşlərində iştirak etməli və ya “çətin” ərazilərdə əməliyyatlar aparmalı olan “Z hücum qrupları” yaradılıb. Onların vəzifələri mühüm strateji obyektləri, əsas müqavimət və komanda məntəqələrini, həmçinin idarəetmə mərkəzlərini ələ keçirməkdir. Hər bir “Z qrupu” 100 nəfərdən ibarətdir. Hər bir qrupa dörd hücum dəstəsi (hər biri on nəfər), dörd atəş dəstəyi dəstəsi (hər biri on nəfər), səkkiz nəfərlik kəşfiyyat qrupu, beş nəfərlik hərbi mühəndis komandası və iki pilotsuz təyyarə operatoru daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar