Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Ermənistandan Rusiyaya sanksiya qoyulmuş malların tədarükü məsələsini araşdırır

Avropa İttifaqı (Aİ) Ermənistadan Rusiyaya sanksiya qoyulmuş malların tədarükü məsələsini araşdırır.

Bu barədə “Trend”ə cümə axşamı Avropa Şurasının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Peter Stano deyib.

“Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzü, BMT Nizamnaməsini pozması və hərbi cinayətlərə bərabər olan vəhşiliklər törətməsi ilə əlaqədar olaraq ona qarşı bir sıra genişmiqyaslı sanksiyalar tətbiq edib. Aİ bütün ölkələri bu sanksiyalara qoşulmağa, milli səviyyədə analoji tədbirlər görməyə, yaxud ən azından, bu sanksiyalardan yayınmağa yol verməməyə çağırıb. Aİ-nin öncəki sanksiya paketi həmçinin sanksiyalardan yayınmağa imkan verən fiziki və ya hüquqi şəxslərə qarşı sanksiya tətbiq etmək imkanını nəzərdə tutur”,- o deyib.

P.Stanonun sözlərinə görə, Avropa İttifaqı sanksiya tətbiq olunmuş malların Aİ-dən üçüncü ölkələrə və üçüncü ölkələrdən Rusiyaya ticari axınlarını diqqətlə izləyir.

Ermənistan kontekstində biz, həqiqətən, müəyyən anormal ticari axınlar müşahidə etmişik. Biz bu məsələni nəzərdən keçiririk və Ermənistan hakimiyyəti ilə dialoq aparırıq”, - o deyib.

Qeyd edək ki, “New York Times” tərəfindən aparılan tədqiqata görə, Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərən ölkələr sırasına daxildir.

 
Ermənistandan Rusiyaya çip və digər elektron komponentlərin təkrar ixracında sıçrayış qeydə alınıb. Belə ki, Rusiyaya silah istehsalında mühüm əhəmiyyət daşıyan bu çiplərin səkkiz konkret növü tədarük olunur.

ABŞ-nin Sənaye və Təhlükəsizlik Bürosunun möhürü olan sənədlərdən birində deyilir ki, 2022-ci ildə Ermənistan ABŞ-dən 2021-ci illə müqayisədə 515 faiz daha çox, Aİ-dən isə 212 faiz daha çox çip və prosessor idxal edib. Sonra isə Ermənistan eyni məhsulların 97 faizini Rusiyaya ixrac edib”, - “New York Times” qəzetindəki məqalədə deyilir.

Bundan əvvəl ABŞ-nin Ticarət, Xəzinədarlıq və Ədliyyə nazirlikləri tərəfindən Rusiyaya qarşı sanksiyalardan yayınmaq cəhdlərinin xüsusiyyətləri haqqında üçtərəfli bəyanat dərc olunub.

Sənədə əsasən, daha çox yayılmış taktikalardan biri məhdudiyyətlərdən qaçmaq üçün kənar vasitəçi və ya məntəqələrdən istifadədir. Beləliklə, aydın olub ki, Qərbin sanksiyalarından yayınaraq malların Rusiya və ya Belarusa qanunsuz yönləndirilməsində Ermənistandan istifadə olunur.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay