Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana saxta mühərrik yağı gətirən şübhəli şirkətlər - Siyahı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti saxta mühərrik yağlarının satışına görə 2 şirkət – “AUTODOC AS COMPANY” MMC (VÖEN - 1007518581) və “VIKSON AZ SERVİS” MMC (VÖEN – 1604302471) barəsində araşdırmalar aparır.

Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, idxalı və satışı həyata keçirilən mühərrik yağlarının qablaşdırılmasının üzərində istehsalçısı və mənşə ölkəsi barədə yanlış məlumatlardan, habelə həmin məhsullara uyğun olmayan marka adlarından istifadə edilməsi əlamətləri üzrə araşdırılma aparılır.

Araşdırma zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri aşkar olunaraq şirkətlər barəsində iş qaldırılıb.

Bildirilir ki, işlərə 10 və 17 aprel tarixlərində baxılacaq.

Məlumat üçün qeyd edək ki, qanun pozuntusuna yol verdiyi ehtimal olunan “VIKSON AZ SERVİS” MMC 18.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Məşədi Hilal Kazımov, ev 40-da yerləşir. Bu şirkətin hazırda dövlət büdcəsinə 2 min 616 manat 41 qəpik vergi borcu da var.

“AUTODOC AS COMPANY” MMC isə 01.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, 20 Yanvar, ev 1, m. 25-də yerləşir.

“VIKSON AZ SERVİS” MMC və “AUTODOC AS COMPANY” MMC ilə bağlı diqqət çəkən məqmlardan biri odur ki, bu şirkətin dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir çoxunun qanuni təmsilçiləri də eyni şəxslər olub.

Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil. Şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.

Eyni zamanda bu şirkətlər qeydiyyata alındıqdan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə də qalib olublar.

“Məşədi Hilal Kazımov, ev 40” qeydə alınan şirkətlərdən bəziləri bunlar olub:

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Abdelmajid Tebbun yenidən Əlcəzairin prezidenti seçilib

Ən çox oxunanalar