Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vardan Abramyanın Qarabağ erməniləri haqqında hesabatı nədən xəbər verir?

Ermənistanın keçmiş maliyyə naziri Qarabağ ermənilərinin iqtisadi və sosial problemləri ilə bağlı hesabat hazırlayıb...

Politoloq: “Bu hesabat Qarabağ ermənilərini anlatmalıdır ki, Azərbaycanla razılıq əldə etmədən, qanunlarımızı qəbul etmədən ağır iqtisadi və sosial vəziyyətdən qurtula bilməyəcəklər”.

“Qarabağla Ermənistanı birləşdirən yollar tədricən Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyinə görə, separatçılar yataqlardan əldə etdiklərini də Ermənistana göndərə bilmirlər və bu yataqlarda işin dayandığına dair məlumatlar var”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın keçmiş maliyyə nazirinin Qarabağ ermənilərinin vəziyyəti barədə hazırladığı hesabatı Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın keçmiş maliyyə naziri Vardan Abramyan Qarabağ ermənilərinin iqtisadi və sosial problemləri ilə bağlı hesabat hazırlayıb. Hesabata görə, azərbaycanlıların Şuşa yolunda başlatdıqları etirazdən keçən müddətdə Xankəndinin iqtisadi itkisi 165 milyon dollardır, separatçıların nəzarət etdiyi bölgənin gündəlik itkisi isə 1.6 milyon dollar civarındadır. Hesabat müəllifi bu vəziyyətdə Ermənistanın Qarabağ separatçılarına əlavə olaraq təqdim etdiyi 25 milyon dollarlıq dəstəyin kifayət etməyəcəyini bildirib. Eyni zamanda hesabatda büdcəni doldurmağın yeganə alternativinin Ermənistanın və dünyadakı erməni lobbisinin inaələri olduğu göstərilib.

Mövzunu Poliqon.info-un əməkdaşı “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “İkinci Qarabağ müharibəsinin nəticəsi, Şuşa yolunda davam edən etiraz, üstəgəl Ermənistanla bölgəni birləşdirən yolların nəzarətə götürülməsi erməniləri ağır vəziyyətə sürükləyib”.

Erməni separatçıların keçmiş Dağlıq Qarabağın kənarındakı ərazilərdə taxıl yetişdirib onu Ermənistana satırdıqlarını vurğulayan politoloq Poliqon-a bildirib ki, bunun hesabına Ermənistan taxıla ola tələbatının böyük hissəsini ödəyirdi:

“Hesabata görə, Qarabağda separatçıların nəzarətindəki bölgədə 16 mindən çox erməni işsiz qalıb. Hesabat müəllifi separatçıların büdcəsində dərin kəsir əmələ gəldiyini, gəlirləri artırmaq üçün heç bir mənbənin qalmadığını vurğulayıb. Hesabatda o da yazılıb ki, mövcud vəziyyət davam edərsə ümumiyyətlə Qarabağda iqtisadi fəallıqdan əsər-əlamət qalmayacaq.

Bu hesabat Qarabağ ermənilərini anlatmalıdır ki, Azərbaycanla razılıq əldə etmədən, qanunlarımızı qəbul etmədən ağır iqtisadi və sosial vəziyyətdən qurtula bilməyəcəklər. Hesabat müəllifinin “Qarabağ iqtisadiyyatının uğurlu illəri adlandırdığı” dövrün Azərbaycanın işğal altındakı ərazilərdə kənd təssərrüfatı çalışmalarıyla bağlı idi. Müharibədən sonra həmin ərazilər azad olundu və separatçılar gəlirdən məhrum oldular.

Elxan Şahinoğlu: “Özlərinin hazırladıqları hesabatlar və verdikləri açıqlamalar durumun hər keçən gün onların əleyhinə işlədiyini göstərir”.

Məlum oldu ki, erməni separatçıları keçmiş Dağlıq Qarabağın kənarındakı ərazilərdə taxıl yetişdirib onu Ermənistana satırdılar. Bunun hesabına Ermənistan taxıla ola tələbatının böyük hissəsini ödəyirdi. Qarabağla Ermənistanı birləşdirən yollar tədricən Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyinə görə separatçılar yataqlardan əldə etdiklərini də Ermənistana göndərə bilmirlər və bu yataqlarda işin dayandığına dair məlumatlar var.

Beləliklə, İkinci Qarabağ müharibəsinin nəticəsi, Şuşa yolunda davam edən etiraz, üstəgəl Ermənistanla bölgəni birləşdirən yolların nəzarətə götürülməsi erməniləri ağır vəziyyətə sürükləyib. Buna Azərbaycanın nəzarətində olan kommunikasiya xətlərini də əlavə etmək lazımdır, tez-tez qaz və internet kəsilir. Özlərinin hazırladıqları hesabatlar və verdikləri açıqlamalar durumun hər keçən gün onların əleyhinə işlədiyini göstərir. Demək, doğru yoldayıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar