Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda keçirilən Dünya Kubokunda daha iki növdə qaliblər bəlli olub

Dünən keçirilən ilk final günündə 5 növdə qalib və medalçılar müəyyənləşib...

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda daha iki növdə qaliblər bəlli olub.

“Report”un məlumatına görə, turnirin son günü keçirilən yarışlarda ilk olaraq kişilərin dayaqlı tullanma və qadınların gimnastika tiri mübarizəsində medalçıların adlarına aydınlıq gəlib.

Kişilərin dayaqlı tullanma yarışının qalibi Flippin təmsilçisi Karlos Edriel Yulo olub. O, 14.933 xal toplayaraq qızıl medal qazanıb.

İkinci yeri Böyük Britaniya gimnastı Herri Hepvört tutub. Ona gümüş medal qazanmaq üçün 14.816 xal kifayət edib.

Bu növdə sonuncu medalçı isə Honqkonq idmançısı Vay Hun Şek olub. O, 14.716 xalla bürünc medalı qazanıb.

Qadınların gimnastika tiri mübarizəsi də gərgin və maraqlı keçib. İtaliya təmsilçisi Ciorcia Villanın 13.966 xalla qızıl medal əldə etdiyi yarışın ikincisi Marin Boyer olub. Fransalı gimnasta 13.866 xal gümüş medal üçün kifayət edib.

Ukraynalı Anna Laşçevska isə 13.433 xalla bürünc medalı boynundan asıb.

Dünən keçirilən ilk final günündə 5 növdə qalib və medalçılar müəyyənləşib.

Qeyd edək ki, martın 9-da start götürmüş Dünya Kubokunda mübarizəyə bu gün yekun vurulacaq.

Poliqon.info


Etiket: Dünya Kuboku


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay