Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqor Ponomaryovun cəzasının gec elan olunmasının səbəbi açıqlanıb

AFFA İntizam Komitəsinin (İK) "Sabah"ın U-19 komandasının baş məşqçisi İqor Ponomaryova verdiyi cəzanın gec açıqlanmasının səbəbi bəlli olub.

İK sədri Erkin Hüseynovun "Report"a verdiyi məlumata görə, burada bir neçə nüans var. O bildirib ki, səbəblərdən biri raportun komitəyə vaxtında göndərilməməsi ola bilər:

"Komitənin iclası nə vaxt keçirilirsə, qərar da o vaxt verilir. Həmçinin yığıncağın vaxtı işin çoxluğundan dəyişə də bilər. Bəzən mübahisəli məsələ ilə üz-üzə qalırıq və onu həll etmək üçün müəyyən qədər vaxt tələb olunur".

Ponomaryov fevralın 19-da Gənclər Liqasında "Kəpəz"ə qarşı XXIII turdan təxirə salınmış matçın 90-cı dəqiqəsində hakimlərə sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 1 oyunluq diskvalifikasiya edilib. 63 yaşlı mütəxəssis "Report"a açıqlamasında artıq cəzasını çəkdiyini söyləyib.

Əslində burada məsələ veteran futbolçunun diskvalifikasiya olunması deyil, qərarın bu qədər gec açıqlanmasıdır. Çünki İK "Sabah"ın əsas komandasının baş məşqçisi Murad Musayevin evdə "Turan Tovuz"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyununda (19 fevral) texniki zona qaydalarını pozaraq hakimə etiraz etməsinə daha qısa zamanda hüquqi qiymət verərək, rusiyalı mütəxəssisi 2 oyunluq cəzalandırıb.

Poliqon.info 


Etiket: Cəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Tramp və Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı mübahisə ediblər

Ən çox oxunanalar