Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Putinə cavab verdi: “Rusiya öz qəddarlığının əvəzini ödəyəcək…”

Fevralın 21-də ABŞ prezidenti Co Bayden Varşavada çıxış edərək, ABŞ-ın hərbi cinayətkarlar üçün ədalət axtaracağını və Ukraynaya yardımı davam etdirəcəyini vəd edib...

Bayden həmçinin Vladimir Putinin mesajlarına cavab verib və Belarus və Moldova xalqlarını demokratiya uğrunda və Rusiyanın təsirinə qarşı mübarizədə dəstəkləyib.

Poliqon.info ABŞ prezidenti Co Baydenin Polşadakı çıxışının diqqətçəkən hissələrini təqdim edir.

Sitatlar:

“Bir il əvvəl dünya Kiyevin süqutuna hazırlaşırdı. Mən Kiyevdən təzə gəlmişəm, Kiyev hələ də dayanır, hələ də azaddır”.

Rusiya işğal başlayanda təkcə Ukrayna yox, bütün dünya sınaqdan keçirildi. Qarşımızda duran suallar həm yüngül, həm də dərin idi. Biz cavab verməliydik, yoxsa susmalıydıq? Biz ya güclü, ya da zəif olmalıydıq. Biz müttəfiqlər birləşsəkmiyiz, yozsa parçalananaraq dağılacağıq? Bir ildən sonra artıq biz bu sualların cavabını bilirik”.

“Qələbə əvəzinə Putinə yanmış tanklar və pərişan ordu nəsib oldu. NATO-nun finləşdirilməsinə nail olacağını düşünürdü, əvəzində o, Finlandiyanın və İsveçin NATO-ya daxil olmasını təmin etdi. İndi NATO heç vaxt olmadığı kimi birləşib. Putin avtokratların sərt, demokratların isə yumşaq olduğunu düşünürdü. Lakin o, qorxu və gücə əsaslanan gücə qarşı Amerikanın və digər xalqların dəmir iradəsi ilə üzləşdi”.

“Dünyada bir illik müharibədən sonra demokratiya güclənib, avtokratiyalar isə zəifləyib. Çünki qeyri-müəyyənlik dövründə nəyin tərəfdarı olduğunuzu və kimin sizi dəstəklədiyini bilmək ən vacib şeydir”.

“Ona görə də cəsur Belarus xalqı demokratiya uğrunda mübarizəni davam etdirir, Moldova xalqı azad yaşamaq, Aİ-yə üzvlük yolunu tutmaq istəyir. Prezident Sandu bu gün buradadır və mən sizin və xalqınızın yanında olmaqdan qürur duyuram”.

“Bir illik müharibədən sonra Putin artıq bizim koalisiyanın gücünə şübhə etmir. Amma o, hələ də şübhə edir ki, biz Ukraynanı uzun müddət dəstəkləyə bilərik. Amma bizim Ukraynaya dəstəyimiz zəifləməyəcək, NATO parçalanmayacaq, yorulmayacağıq. Putinin hakimiyyət və torpaq zəbtinə can atması arzusu reallaşmayacaq, ukraynalıların öz ölkələrinə sevgisi qalib gələcək”.

“Avtokratın iştahı nəhayətsizdir. Ona görə də onların iştahına meydan oxumaq lazımdır. Avtokratlar yalnız bir sözü başa düşürlər: “Xeyr”. “Yox, ölkəmi almayacaqsan”, “yox, azadlığımı əlimdən ala bilməyəcəksən”, “yox, gələcəyimi əlimdən almayacaqsan”. Bir il əvvəl dediyimi təkrar edirəm: diktator heç vaxt insanların azadlıq istəyini boğa bilməz. Qəddarlıq heç vaxt azad insanların iradəsini məhv etməyəcək. Ukrayna heç vaxt Rusiyanın qələbəsi olmayacaq”.

“Hər cəhətdən qeyri-adi bir il oldu. Rus hərbçilərinin və muzdlularının qeyri-adi vəhşiliyi, utanmadan insanlığa qarşı cinayətlər törətdilər. Onlar dinc əhaliyə hücum edib, zorlamadan silah kimi istifadə ediblər, Ukraynanın gələcəyini oğurlamaq məqsədilə ukraynalı uşaqları oğurlayıblar, dəmiryol vağzallarını, doğum evlərini, məktəbləri və uşaq evlərini bombalayıblar. Rusiyanın ukraynalılara qarşı vəhşiliklərinə heç kim göz yuma bilməz”.

“Ancaq ukraynalıların cavabı da qeyri-adi oldu. Bir il əvvəl Ukraynaya bombalar uçdu. Amma Ukrayna hələ də azaddır. Xersondan Xarkova qədər Ukrayna qüvvələri öz torpaqlarını geri alır. Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin yarıdan çoxunu geri qaytarıb. Bir neçə dəfə bütün dünya BMT Baş Assambleyasında da Rusiyanın təcavüzünü pisləyib”.

Mən Rusiya xalqına müraciət etmək istəyirəm. ABŞAvropa ölkələri Rusiyaya nəzarət etmək və ya məhv etmək istəmir. Putinin bu gün dediyi kimi Qərb Rusiyaya hücum etməyi planlaşdırmırdı. Qonşuları ilə sülh şəraitində yaşamaq istəyən milyonlarla rus isə düşmən deyil. Bu müharibə heç vaxt qaçılmaz olmayıb. Bu faciədir. Putin onu seçdi və müharibənin davam etdiyi hər gün onun seçimidir. O, bir sözlə müharibəni bitirə bilər”.

“Əgər Rusiya Ukraynaya hücumu dayandırsa, bu, müharibənin sonu olacaq. Əgər Ukrayna özünü müdafiə etməyi dayandırsa, bu, Ukraynanın sonu olacaq. Ona görə də biz birlikdəyik ki, Ukrayna özünü müdafiə edə bilsin”.

“Dünya Putinin müharibəsinin nəticələrinə cavab vermək üçün bir araya gəlib. Putin Qara dəniz limanlarını mühasirəyə alaraq dünyanı aclıqdan öldürməyə çalışdı və qlobal ərzaq böhranı xüsusilə inkişaf etməkdə olan ölkələri vurdu. ABŞ və G7 ölkələri və dünya üzrə tərəfdaşlar qlobal ərzaq ehtiyatlarını artırıblar”.

“Varşavaya yenicə gəlmiş ukraynalı qaçqınlarla keçən ilki görüşü heç vaxt unutmayacağam. Üzlərini gördüm, yorğun, amma sərbəst idilər. Uşaqlarını qucaqladılar, atalarını, ərlərini, qardaşlarını, bacılarını bir daha görməyəcəklərindən narahat idilər. Həyatlarının bu ən qaranlıq anında siz Polşa xalqı onlara təhlükəsizlik verdiniz və onları qarşıladınız”.

“Biz əmin olacağıq ki, Rusiya öz qəddarlığının əvəzini ödəsin. Biz tarixdə istənilən ölkəyə qarşı tətbiq edilən ən kütləvi sanksiyalar rejimini dəstəkləməyə davam edirik. Və bu həftə tərəfdaşlarımızla birlikdə daha çox sanksiyalar elan edəcəyik. Müharibəyə cavabdeh olanları məsuliyyətə cəlb edəcəyik. Biz rusların davam etdirdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlər üçün ədalət axtaracağıq”.

“Qürur duyacağımız çox şey var, amma dürüst olmalıyıq. Müdafiə bir ilin işi deyil, həmişə çətindir. Ukrayna müdafiə özünü etməyə davam edir və müdafiə olunmaq həmişə də çətindir”.

“Ukrayna özünü müdafiə etməkdə və öz hücumlarına başlamaqda davam edir. Qarşıda çətin və acı günlər olacaq. Qələbə və faciə. Lakin ABŞ və tərəfdaşları özünü müdafiə edərkən onun arxasını dəstəkləməyə davam edəcək və Ukraynanı hələ qarşıda döyüş gözləyir.

“Gələn il biz dünyanın ən güclü müdafiə ittifaqı olan NATO-nun 75 illiyini qeyd edəcəyik. Qoy ABŞ-ın müttəfiqliyə sadiqliyinə heç bir şübhə olmasın və NATO-nun nizamnaməsinin 5-ci maddəsi sarsılmazdır. Alyansın hər bir üzvü bunu bilir. Rusiya da bunu bilir. Birinə hücum hamıya hücumdur, NATO ərazisinin hər qarışını müdafiə etmək üçün müqəddəs anddır”.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar