Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada antiamerikanizm Ukraynadakı müharibə səbəbindən zəifləyib…

Ukraynadakı müharibə Avropada anti-Amerika əhval-ruhiyyəsinin azalmasına səbəb olub…

Poliqon.info xəbər verir ki, çoxsaylı ictimai rəy sorğularına əsasən bu barədə Financial Times yazıb. Qəzet qeyd edi ki, avropalıların Rusiyaya münasibəti isə əksinə, kəskin şəkildə pisləşib.

Avropa siyasətçiləri arasında ABŞ-a münasibət müsbətə doğru dəyişir. FT yazır ki, bəzi ənənəvi anti-Amerika çağırışları ilə tanınan siyasətçilərin hakimiyyətdə qalmaqda davam etmələrinə baxmayaraq, həmin ölkələrdə də antiamerikanizm kəskin şəklsdə azalıb. Nəşr Amerikaya qarşı olan Avropa siyasətçiləri arasında Macarıstanın baş naziri Viktor Orbanı, Xorvatiya prezidenti Zoran Milanoviçi və Çexiyanın keçmiş prezidenti Miloş Zemanı misal göstərir. Lakin sonuncu yanvar ayında dövlət başçısı postunu NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavelə təhvil verib.

Rusiyanın Ukrayna torpaqlarını işğal etməyə qalxması qərblilərdə həm ABŞ-a, həm də NATO-ya daha çox sadiqlik hiss etdirib”, Kembric Universitetinin İctimai Siyasət üzrə Bennet İnstitutunun apardığı rəy sorğusunda bildirilir. Qeyd edilir ki, bu sorğu137 ölkədə keçirilib və bu ölkələrdən 75-də sorğu müharibə başlayandan sonra həyata keçirilir.

2022-ci ildə inkişaf etmiş ölkələrdən olan respondentlərin 64%-nin ABŞ-a münasibəti müsbət olub ki, bu da Birləşmiş Ştatlara 2010-cu illərin ortalarından 2020-ci illərin əvvəllərinə qədər olan zaman içində ABŞ-a qarşı olan mənfi münasibətin müsbətə doğru ciddi bir artım olduğunu ortaya qoyub.

Avropa Komissiyasının ictimai rəyin monitorinqi departamentinin sorğusunun müəlliflərinin fikrincə, Vaşinqtonun Avropanın müdafiə məsələlərində iştirakını dəstəkləyən avropalıların sayı da müharibə başlayandan bəri artıb. Rəyi soruşulanların 72%-i ABŞ-ın müəyyən qədər Avropada təhlükəsizliyin qorunmasında iştirakını arzuladığını, 19%-i isə bunun əleyhinə olduğunu bildirib. 2021-ci illə müqayisədə dəstəyin ən böyük artımı İsveç (72% -ə qarşı 2021-ci ildə 45%), Macarıstan (71% -ə qarşı 60%) və Hollandiyada (75% -ə qarşı 66%) müşahidə olunur.

London İqtisadiyyat Məktəbinin ekspertləri Avropanın ən nüfuzlu sosioloji xidmətlərindən biri olan European Social Survey xidmətinin məlumatlarını təhlil edərək belə nəticəyə gəliblər ki, müharibə Avropa cəmiyyətini demokratiya və azadlığa dəstək baxımından birləşdirib və hətta konkret siyasi qüvvələrə inamı artırıb.

FT yazır ki, avropalılar arasında siyasi plüralizm və həm avropalılar, həm də amerikalılar tərəfindən paylaşılan şəxsi azadlıq kimi dəyərlərin əhəmiyyətinin artması hissi artdığından, Avropanın ABŞ siyasətinə münasibətinin yaxşılaşması davam edəcək.

Avropalıların və ümumilikdə Qərbin Rusiyaya münasibəti isə öz növbəsində 2022-ci ildə kəskin şəkildə mənfiyə doğru danışıb. Bennet İnstitutunun sorğusunda iştirak edən inkişaf etmiş ölkələrin sakinlərinin yalnız 12%-i Rusiyaya müsbət münasibət bəslədiyini bildirib.

“Demokratik cəmiyyətlərin Rusiya və Çinə münasibəti daha mənfidir, avtoritar cəmiyyətlər üçün isə bunun əksi görünür. Bu əlaqə on il əvvəl mövcud deyildi, lakin bu gün tamamilə aydındır”, deyə sorğunun müəlliflərindən biri Xavier Romero-Vidal FT-yə bildirib. Pew Research Center Araşdırma Mərkəzinin sorğusuna əsasən, Rusiyaya qarşı müsbət münasibət müharibədən sonra Avropadakı sağçı populistlər arasında da azalıb.

Rusiyanın Ukraynada Vladimir Putinin elan etdiyi müharibə məqsədlərinə nail olmaq cəhdləri əks nəticə verib.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ən çox oxunanalar