Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropaya narkotik göndərməyə çalışan dəstə üzvləri həbs olundu - Video

Gürcüstandan Avropaya narkotik göndərməyə çalışan dəstə üzvləri həbs olunub...

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha sonra buradan tranzit yükdaşımalar adı altında Gürcüstana və Avropaya göndərməyə çalışan daha bir mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Beybudov onun başçılıq etdiyi dəstənin üzvləri Əlifağa Hadıyev və Samir Abdullayev tutulublar. Əlifağa Hadıyevin idarə etdiyi avtomobilə, Bəhruz Beybudovun evinə və Samir Abdullayevin maşınının tranzit yük hissəsinə Gömrük Komitəsi əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Qeyd edilən yerlərdən ümumilikdə 67 kiloqram, o cümlədən 57 kiloqram heroin, 10 kiloqram metamfetamin və elektron tərəzilər aşkar olunub. Dəstə üzvləri şəxsiyyəti istintaqla araşdırılan "Əsgər" adı altında pərdələnən İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi narkotik vasitələri maddi qazanc müqabilində qəbul ediblər. Saxlanılan şəxslər narkotikləri həm Bakı şəhərində satmaq, həm də Samir Abdullayevin yük maşını ilə Avropa ölkəklərinə göndərməyi planlaşdırıblar. Həmin narkobaronun ölkədəki əsas dayaqları - Bəhruz Beybudov, Əlifağa Hadıyev və Samir Abdullayevin saxlanılmasının əməliyyat görüntülərini təqdim edirik.

Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha birinə güclü zərbə endirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Ən çox oxunanalar