Müharibə Ukrayna üçün 1991-ci il sərhədləri daxilində, Rusiya üçün tribunal, və təzminat və bəzi rus siyasətçilər üçün ömürlük həbs cəzası ilə başa çatacaq…
PİA.az xəbər verir ki, bunu Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Twitter səhifəsində yazıb.
Podolyak bildirib ki, 2014-cü ildə Moskvanın Ukrayna ərazilərinin işğalından sonra fasilə verdiyi, bir neçə ildən sonra isə yeni hərbi əməliyyatlar dalğasına başladığı Ukraynaya hərbi müdaxilə ssenarisini Rusiya təkrarlaya bilməyəcək.
Podolyak Ukraynanın hazırkı müharibə nəticəsində əldə edəcəyi dörd nəticəni sadalayaraq qeyd edib ki, Rusiyanın danışıqlar üçün hazırkı əsas planı müharibəni dayandırmaqdan ibarətdir.
“Ukrayna isə Rusiya ordusunun işğa olnmuşərazilərdə qalmasına heç vaxt razı olmayacaq və müharibəni 1991-ci il sərhədlərinə qədər davam etdirəcək”, deyə Podolyak yazıb.
Podolyak vurğulayıb ki, Rusiya belə bir ssenariyə ümid etməsin. Əksinə Rusiya üçün müharibə Ukraynanın planı üzərində bitəcək.
Podolyak müharibənin mümkün nəticəsini də açıqlayıb:
1) Müharibə Ukraynanın 1991-ci il sərhədləri daxilində bitəcək;
2) Rusiyanın beynəlxalq məhkəmədə mühakiməsi olacaq;
3) Ukraynaya vurduğu maddi və mənəvi ziyana förə Rusiya təzminat ödəyəcək;
4) Rusiyanın bəzu siyasətçiləri ömürlük həbs olunacaq.
pia.az