Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda dayanacaqda qadını qətlə yetirmək istəyən şəxs oğlu imiş     

Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsindəki dayanacaqların birində baş verib...

Dünən günorta saatlarında Bakıdakı dayanacaqlardan birində bir nəfərin qadına bıçaq çəkməsi ilə bağlı bəzi detallar üzə çıxıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Şamil Şükürov zərərçəkmiş Elnarə Əliyevanın oğlu imiş. 

Ancaq onun hansı səbəbdən anasını öldürmək istəməsi isə məlum deyil. Həmçinin Ş.Şükürov axtarışda olub. 

Belə ki, bir qadın həyəcan və qorxu içərisində ərazidə olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşına yaxınlaşıb. Bu an qadının arxasınca qaçan Ş.Şükürov polisə yaxınlaşıb və ailə məsələsi olduğunu, polisin bu işə qarışmamasını bildirib. Ancaq polis əməkdaşı onu sakitləşdirərkən cibində bıçaq görüb və dərhal taksi ilə tərəfləri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə aparıb. 

Qeyd edək ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsindəki dayanacaqların birində baş verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar