Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşa Talıblı: "Alnımız köhnəlir, yavrum!" - Yeni şeirlər

Fanilik duyğusu...

...hər vaxt olduğum yerdəyəm -
astarı sökülmüş yerdə.
...başqa-başqa uzaqlar da,
bətnimə bükülmüş yerdə.

Heç vaxt harda olduğumdan
xəbərim olmur deyinəm -
deyəm: fanilik budumu,
budumu ömür deyilən?

...fəhmin fəzli çox şeydədi-
biri elə adımdadı.
Əslində, harda olduğum
olduğu tək yadımdadı...

...ömürdü- salnaməsi yox!
...damarını şübhə kəsdi.
...hər yerdə yazılmış adım,
məni unutmağa bəsdi.


Qalıb sonda dirilincə..

...görən hansı irəlidi;
ağız yoxsa dil irəli?
...qalıb sonda dirilincə,
get hamıdan öl irəli!

...kimi güldən balı çəkir,
kimi qeylü-qalı çəkir!
...qayış dalı-dalı çəkir,
ha dartsa da kəl irəli.

Görən, ərzin harasıdı;
çöldü ya ov bərəsidi?
...dünya veyil dərəsidi-
get arxaya, gəl irəli!


Süfrə...

Eh, mənim aclığım təzə ki deyil...
Eh, toxun xəbəri yoxdu ki acdan!
...mənim gecə-gündüz yediyim dərddi -
yeyib dolanıram dərdi bir ucdan!

Mən öz dərdlərimi yeyirəm hər gün,
yeyirəm-içirəm doymuram dərddən!
...dərdnən saxlayıram canımı, neylim
canım korluq çəksin qoymuram dərddən!

Bax ,süfrəmdə dərd var nə qədər desən;
yenə başdan-başa süfrəm doludu.
...çəkib ciyərini sökürəm dərdin!
Yediyim bu tikə dərdin qoludu...

...uzanıb yatıram qarnımın üstdə!
Eh, Allah nə xəbər alacaq acdan?
Mənimki gətirib - ölən deyiləm!
Yeyib dolanıram dərdi bir ucdan!


Kefli gecə...

...dünənki gecədən qalan
işıqlar - küçənin gözü!
...bir az ay sapsarı, əyri,
bir az da gecənin özü!

...qovulandımı qovasan?!
Vaxt özü gələr, keçər!
...yenə ağlımın ucundan
hamı yox, özgələr keçər!

...hamıdan yox, özgələrdən
bir xəbər alım, almayım?
...soruşum: niyə qəribəm?!
Burda yurd salım, salmayım?

...gecənin harasındayam?
Saat neçədir, görən?
...ayı sapsarı, yarımçıq!
Bu hansı gecədir, görən?

Amma mənə nə lazımdı?
Hər məndən keçənin izi
bir az ay, göy üzü, təklik,
bir az da gecənin özü!


Alnımız köhnəlir...

...daş kitabələr də demir,
nədir bu alın yazısı;
Tanrının bu başıaçıq
ayağı yalın yazısı.

...yazıya şəkk eləmə,
şəksiz düşmür, şəkkə şükür!
Yəqin Tanrı bilənlərdi,
alnımıza şəkli düşür.

Eh, xətti də, xəttatı da...
Dərindi kökləri, yavrum!
...yazısı yenə oxunur,
alnımız köhnəlir, yavrum!

Paşa Talıblı

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Ən çox oxunanalar