Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Separatçı çəkişmələri - Vardanya Balasanyana qalib gələ bildimi?..

İlk gənclik illərindən Qarabağda separizmin görünən fiqurlarından biri olan Balasanyanın Qarabağa heç bir aidiyyatı olmayan Vardanyan tərəfindən vəzifədən uzaqlaşdırılması separatçılar arasında hələ də müzakirə mövzusu olaraq qalır...

Politoloq: “Bu gün ciddi şəkildə Qarabağdakı erməni seperatçıları arasında problemlər var. Bu problemləri həm də klanlararası mübarizə kimi də dəyərləndirə bilərik”.

“Vardanyanın artıq həm Ermənistanda, həm də Qarabağda çoxlu düşmənləri var. Digər tərəfdən isə o, Qarabağ ermənilərindən siyasi məqsədləri üçün istifadə edir”.

Bu sözləri politoloq Zaur Məmmədov Qarabağ seperatçıları arasında başlanan çəkişmələri PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftənin ən maraqlı hadislərindən biri də Vitali Balasanyanın separatçıların “təhlükəsizlik Şurasın katibliyindən” uzaqlaşdırılması oldu. İlk gənclik illərindən Qarabağda separizmin görünən fiqurlarından biri olan Balasanyanın Qarabağa heç bir aidiyyatı olmayan Vardanyan tərəfindən uzaqlaşdırılması separatçılar arasında hələ də müzakirə mövzusu olaraq qalır.

Separatçıların arasında gəzən söz-söhbətə görə, Balasanyanın “vəzifədən” uzaqlaşdırılmasının əsas səbibi, müxtəlif məsələlərin həlli üçün Azərbaycanla təmasları olub. Qeyd edilir ki, Qarabağa gəldiyi ilk gündən Balasanyanın bu statusu Ruben Vardanyanın xoşuna gəlməyib və o, bu “xüsusi statusu” öz monopoliyasına almaq üçün Balasanyanın “vəzifədən” alınmasını istəyib.

“Ruben Vardanyan Qarabağa dəqiq təlimatlarla gəlib və onun əsas vəzifəsi bütün iqtisadi fəaliyyətləri nəzarətə almaq olub. Bundan sonra isə o, Bakı ilə əsas “danışıqçı” olmalıydı. Bütün yerli elitanı özünə tabe etdikdən sonra təbii ki, o, Bakı ilə danışıqlar aparan əsas fiqura çevrilməliydi”, deyə “Caucasian_bureau” teleqram kanalı separatçılar arasındaki mənbəyə istinadən yazır.

Vitali Balasanyana Qarabağdakı emənilər hörmət edirlər, bəziləri isə ondan qorxurlar. Balasanyan “Laçın dəhlizi”ndə yaranan böhranı həll edə biləcək yeganə adam olaraq dəyərləndirilir və bildirilir ki, ilk gündən o, azərbaycanlıların tələbinin yerinə yetilməsinin tərəfdarı olaraq çıxış edib. Lakin Balsanyan Vardanyanın planlarının reallaşmasının qarşısında əsas problem olaraq çıxıb.

“Vardanyandan fərqli olaraq, Balasanyanın İrəvanda siyasi iddiaları yoxdur. Ona görə də problemin həllini Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycanın monitorinq qrupunun mədənlərə buraxılmasının tərəfdarı olub. Ancaq Vardanyan “nə qədər pisdirsə, bir o qədər də yaxşıdır” prinsipinə əsaslandı və belə hesab edir ki, yolun bağlı qalması Bakıya olan beynəlxalq təzyiqləri maksimum artıracaq.

Balanyan isə belə bir ssenarinin əleyhinə olub və elə buna görə də “vəzifəsini” itirib. Lakin “Caucasian_bureau” teleqram kanalının mənbələri hesab edirlər ki, Balsanyan Qarabağdan İrəvana gedə bilsə, o, Vardanyana qarşı ciddi dəstək ala bilər. Hazırda Xankəndi-İrəvan yolunun bağlı olması səbəbindən Balasanyan hazırda yolun açılmasını gözləməyə məcburdur.

Qarabağda separatçıların çəkişmələrini PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Vardaryanın hədəfi gələcəkdə Ermənistanda hakimiyyətə gəlmək olsa da, hal-hazırda Cənubi Qafqazdakı prosesləri alt-üst etməklə məşğuldur”.

Qarabağ ermənilərinin bir yol tapıb Moskvanın canişini olaraq bölgəyə göndərilən Vardanyandan canlarını qurtarmalı olduqlarını düşünən politoloq PİA.az-a bildirib ki, hazırda Qarabağdakı erməni mülki əhali Vardanyanın girovuna çevrilib və onlar gələcək hadisələrin qurbanına çevrilə bilər:

“Bu gün ciddi şəkildə Qarabağdakı erməni seperatçıları arasında problemlər var. Bu problemləri həm də klanlararası mübarizə kimi də dəyərləndirə bilərik. Araik Arutunyan hakimiyyətdən gec-tez getməli idi. O, Vardanyanı qəbul etməsə də, bu addımı atmalı idi. Çünki Moskvanın iradəsi belədir.

Nəticə etibarilə Vardanyan məhz Araik Arutunyanın yerliləri olan Xocavənd, Hadrud erməniləri vasitəsi ilə yavaş-yavaş hakimiyyətin rıçaqlarını ələ alır. Eyni zamanda Balasanyanın Ağdərə erməni olması oradakı Ağdərə ermənilərinin də seperatçı hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxarır.

Bu hadisə bir daha onu deməyə əsas verir ki, Vardanyan ciddi şəkildə ən pis niyyətlə bölgəyə gəlib. Onun hədəfi gələcəkdə Ermənistanda hakimiyyətə gəlmək olsa da, hal-hazırda Cənubi Qafqazdakı prosesləri alt-üst etməklə məşğuldur. Qarabağda yaşayan erməni əhalisi bunu başa düşməlidir. Onlar bilməlidirlər ki, Vardanyan bir yolla öz canını qurtara biləcək. Amma orada qalan mülki əhali gələcək hadisələrin qurbanına çevrilə bilər.

Ümumiyyətlə isə bu gün Qarabağın erməni əhalisi Ruben Vardanyanın siyasi hədəflərinin giriovuna çevriliblər və bu onlar gələcəkdə potensial qurbanlardır. Ona görə də düşünürəm ki, Qarabağ erməniləri bir yol tapıb Vardanyandan canlarını qurtarmalıdırlar.

Zaur Məmmədov: “Yaxın aylarda Qarabağ erməniləri arasında qarşıdurma və parçalanma daha da böyüyəcək. Bu qarşıdurmanın Qarabağdan Ermənistana da sıçramasını mən istisna etmirəm”.

Bu gün separatçılar arasında baş verənlər, Vardanyanın Azərbaycanla bağlı açıqlamaları ciddi çağırışlardan xəbər verir. Hər bir halda Balasanyan gec də olsa, bəzi məsələlərdə həqiqəti başa düşdü. O, Balasanyan ki, əli xalqımızın günahkar insanlarının qqana bulaşıb və hərbi cinayətkardır. O, Balasanyan ki, separatizmin başında gələndə şəxslərdəndir. Amma onu öz həmyerliləri şillə ilə vəzifədən qovdular. Bu da əsl erməni xarakterinə uyğun addımlardır.

Bütün bu baş verənlərin xronikasında həm Ermənistanda, həm Qarabağda ermənilər arasında biz bir daha əsil erməni simasının nədən ibarət olduğunu görmüş olduq.

Düşünürəm ki, yaxın aylarda Qarabağ erməniləri arasında qarşıdurma və parçalanma daha da böyüyəcək. Bu qarşıdurmanın Qarabağdan Ernənistana da sıçramasını mən istisna etmirəm. Ümumi olaraq götürdükdə Balasanyan separatçılar arasıda ciddi fiqurlardan biridir və mən inanmıram ki, o, özünə qarşı bu şəkildə davranışları bağışlaya bilsin.

Ona görə də biz yaxın aylarda separatçıların arasında çox maraqlı proseslərin şahidi olacağıq və hesab edirəm ki, Vardanyan nəinki öz hədəflərinə çatacaq, hətta çox ciddi sürprizlərlə üzləşəcək. Mən Vardanyanın Qarabağdan sağ çıxmayacağına da ehtimal verirəm və hesab edirəm ki, ona qarşı terör istisna deyil. Çünki Vardanyanın artıq həm Ermənistanda, həm də Qarabağda çoxlu düşmənləri var. Digər tərəfdən isə o, Qarabağ ermənilərindən siyasi məqsədləri üçün istifadə edir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar