Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə qanunsuz yaşayan vətəndaşlarımıza pasportlar verildi 

Müvafiq layihənin 2023-cü ildə davam etdirilməsi nəzərdə tutulub...

Türkiyədə qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşlarına pasportlar təqdim edilib. 

Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb. 

Azərbaycan Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər görülüb. 

Türkiyə tərəfi ilə razılaşdırmaqla nümayəndə heyəti vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi üçün 2022-ci ilin 27 oktyabr – 07 noyabr tarixlərində və 25 noyabr - 7 dekabr tarixlərində İstanbul şəhərinə iki səfər həyata keçirib. İşçi qrupu üçüncü səfər çərçivəsində hazırda İstanbul şəhərində öz fəaliyyətini davam etdirir. 

Müsahibələr, zəruri konsulluq və hüquqi yardımın göstərilməsi ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğunda həyata keçirilmiş, vətəndaşlarımıza köməklik göstərilməsi üçün bütün şərait yaradılıb. 

Nəticədə, bu günədək olan statistik məlumatlara əsasən işçi qrupu tərəfindən 2075 şəxs qəbul edilib, onlardan 1265 nəfərin pasport rəsmiləşdirilməsi üzrə, 159 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üzrə sorğuları icraata yönəldilib, 13 nəfər şəxsdən bioloji valideynlik analizi götürülüb, eləcə də 107 digər konsulluq əməliyyatı həyata keçirilərək, 531 şəxsin müraciətləri üzrə müvafiq maarifləndirmə işi aparılıb. 

354 ədəd Azərbaycan Respublikasının ümumvətəndaş pasportu vətəndaşlarımıza təqdim edilməsi üçün artıq Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğa göndərilib. 

Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək layihənin təşkilində və həyata keçirilməsində effektiv və səmərəli əməkdaşlığa görə bütün aidiyyəti dövlət qurumlarına öz təşəkkürünü bildirir. 

Müvafiq layihənin 2023-cü ildə davam etdirilməsi nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar