Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ ölkələri qazın qiymətinin yuxarı həddi ilə bağlı razılığa gəliblər

Avropa İttifaqı ölkələri qazın qiymətinin artmasının məhdudlaşdırılması məsələsində siyasi razılığa gəliblər…

PİA.az xəbər verir ki, Reuters Agentliyi təşkilatın Çexiya sədrliyinə istinadən belə bir məlumat yayıb.

Agentliyin məlumatına görə, Avropa İttifaqında qazın qiymətinin tavanı fevralın 15-dən MVt/saat üçün 180 avroluq qiymət həddini keçərsə, qüvvəyə minəcək. Məhdudiyyət ilkin olaraq birjadankənar əməliyyatlara şamil edilməyəcək.

Enerji resursunun qiymət limiti ilə bağlı razılıq əvvəlki fikir ayrılıqlarına baxmayaraq əldə olunub. Xüsusən də Almaniya razılığını verib. Halbuki Berlin bir neçə ay qazın qiymətinə yuxarı həddin qoyulmasını istəmirdi.

Reuters bildirir ki, Almaniya və məhdudiyyətə şübhə ilə yanaşan digər ölkələr mənfi nəticələr olarsa, onun dayandırılacağına dair əlavə təminatlar axtarırdılar.

Bir gün əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijyarto demişdi ki, Macarıstan qazın qiymətinə məhdudiyyət qoyulmasına qarşıdır, çünki onu zərərli və təhlükəli hesab edir, lakin Budapeştdə nə olursa olsun belə məhdudiyyətin tətbiq ediləcəyi hissi var. Onun sözlərinə görə, qiymət tavanı karbohidrogen tədarükünün təhlükəsizliyini təhlükə altına qoyur.

Qeyd edək ki, dekabrın 11-də Bloomberg mənbələrə istinadən xəbər verib ki, Aİ-nin 12 ölkəsinin nümayəndələri Rusiya qazının qiymətinin aşağı salınmasını tələb ediblər. Agentliyin məlumatına görə, ölkələr enerji böhranının Avropa sakinlərinə və bizneslərinə təsirini yumşaltmaq niyyətindədirlər. Həmin dövlətlər siyahısında müvafiq təklifi göndərən Belçika, Yunanıstan, İtaliya və Polşa da var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay