Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA: “Valideynlər övladlarına “Dilənçi”, “Cındır” kimi adlar verirlər”

“Tövsiyə olunmayan adlarla bağlı işlər davam etdirilir”.

Bunu APA-ya açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Terminologiya” şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bu gün də bu cür adlar qoyulur:

“2014-cü ildə biz belə adları topladıq və məlum oldu ki, 1800-ə qədər bu cür ad var. Həmin adlar daha çox sovet hökuməti dövründə qoyulurdu. Amma bu gün də, təəssüf ki, yenə bu kimi hallara rast gəlinir. Yəni valideynlər tərəfindən “Dilənçi”, “Cındır” kimi adlar övladlarına verilir. Valideynlərlə söhbətlər zamanı onlara bu cür adlardan istifadənin gələcəkdə övladları üçün psixoloji problem yaradacağı izah edilir.

Bilirsiniz, adlar milli kimliyi və azərbaycançılıq ideyasını özündə ehtiva etməlidir. Bu baxımdan, ad məsələsi həssas məqamdır”.

Sayalı Sadıqova qeydiyyat idarələrində bu cür adların qarşısının alınması zamanı ad və soyadlarla bağlı qərarlara əsaslanıldığını vurğulayıb:

“Qeydiyyat idarələrində valideynlər bu cür adları vermək istədikdə ad və soyadlarla bağlı maddələrə əsaslanaraq onların qarşısı alınır. Məsələn, birinin nəslində Gürzəbəyim adı olub və indi o adı övladına vermək istəyir. Bu zaman həmin valideynlərə izah edilir ki, “gürzə” və “bəyim”in yanaşı işlənməsi doğru deyil. Bu uşağın gələcək taleyinə təsir edə bilər. Bu səbəbdəndir ki, 18 yaşına çatdıqda bəzi gənclər adlarını dəyişmək üçün müraciət edir”.

Professor həm oğlanlara, həm də qızlara qoyulan ortaq adlara da toxunub:

“Həmçinin qız adının oğlana, oğlan adının qıza qoyulması halları da olur. Bunlarla bağlı da müəyyən tövsiyələr verilir, maarifləndirmə işləri aparılır. Amma onu da deyim ki, elə adlar var, onlar, həqiqətən, ortaqdır”.

pia.az 


Etiket: Uşaq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Ən çox oxunanalar