Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ institutu: “Rusiya qışda Belarus ərazisindən Ukraynaya hücum edə bilər”

“Rusiya Belarus ərazisindən Ukraynaya hücum edə bilər”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı məqsədləri dəyişməyib.

Qeyd olunub ki, Kreml rəhbəri ukraynalıları Rusiyanın şərtləri ilə danışıqlara məcbur etmək istəyir: “Rusiya Ukraynada maksimalist məqsədlərə nail olmaq istəyir, bunun üçün cəhdlər göstərir. Kremlin son 10 ayda Ukraynada müxtəlif hərbi, siyasi, iqtisadi və diplomatik səylərinin təməlində konkret məqsədlər dayanır. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar söyləyib ki, Rusiyanın məqsədi Ukraynanı üzərində tam nəzarəti əldə etməkdir”

Amerikalı analitiklər hesab edirlər ki, Rusiya məqsədlərinə nail olmaq üçün xüsusilə iki istiqamətdə - Baxmut və Avdiivka-Donetskn istiqamətində hücumları davam etdirir.

İnstitutun məlumatına görə, V.Putin Rusiya qoşunlarına Donetsk vilayətini bütövlükdə ələ keçirməklə bağlı əmr verib.

Qeyd olunub ki, Rusiyanın səylərinin əsas məqsədlərindən biri də Donetsk və Luqansk vilayətlərində ərazi qazancının təmin edilməsidir.

Rusiyanın Ukraynanın kritik infrastrukturlarına qarşı kütləvi raket zərbələri Putinin Ukraynanı təslim olmağa və ya Kremlin şərtləri ilə danışıqlara girməyə məcbur etmək üçün etdiyi növbəti hərbi cəhddir. Ukraynanın Xarkov və Xerson vilayətlərində iki əks-hücumu nəticəsində Rusiyanın cəhdlərinin qarşısı alındı. Ukrayna üstünlüyünü qorudu. Ona görə də 2023-cü ilin qışında Rusiya Belarus ərazisindən Ukraynaya yeni hücuma başlaya bilər. Bu, Moskvanın növbəti cəhdi olacaq”, - Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

ABŞ analitiklərinin fikrincə, Rusiyanın Belarusdakı hərbi mövcudluğunun 2022-ci ilin payızından etibarən artması Rusiyanın bu ölkə ərazisindən Ukraynaya hücum edəcəyi ilə bağlı ehtimalı artırır.

pia.az 


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay