10 illik müqaviləyə əsasən, Microsoft London birjasını idarə edən LSEG-in təxminən 4 faizini alacaq...
PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti Microsoft London birjasını idarə edən London Fond Birjası Qrupu (LSEG) ilə imzalanan müqavilə çərçivəsində LSEG səhmlərinin təxminən 4 faizini alacağını açıqlayıb.
LSEG-in açıqlamasına görə, 10 illik razılaşma ilə LSEG məlumat platformalarını Microsoft-un bulud məlumat saxlama sisteminə köçürəcək.
Microsoft “Blackstone” və “Thomson Reuters” konsorsiumunun səhmlərini alacaq. Müqaviləyə əsasən, LSEG 10 il ərzində Microsoft-un bulud texnologiyasına ən azı 2,8 milyard dollar xərcləyəcək.
pia.az