Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şabranda artezian quyuları zibilliyə çevrilib, içməli su bulaqları quruyub - Fotolar

Şabran rayonunun Ağalıq kəndini içməli su ilə təmin edən bulaqlar quruyub və ərazi zibilliyə çevrilib.

Bu barədə "Report”un Şimal bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, bir zamanlar minlərlə əhalinin içməli su mənbəyi olan bulaqlar indi çirklənib, ərazi məişət tullantılarının atıldığı məkana çevrilib və burada antisanitariya şəraiti hökm sürməyə başlayıb.

Su bulaqları quruduğundan əhali suyu qonşu kəndlərdən və digər uzaq mənbələrdən gətirməli olurlar ki, bu da bir sıra çətinliklər yaradır.

Sakinlər deyir ki, əvvəllər içməli suları təmiz və çox keyfiyyətli olub. Amma indi elə bir vəziyyətlə üzləşiblər ki, mikroblu və çirkablı sudan istifadə etməyə qorxurlar. Çünki bulaqlar məişət tullantıların atıldığı zibilliyə çevrilib.

Bulaqlarda su azaldığından 2019-cu ildə burada qazıntı-genişləndirmə işləri aparılıb, amma bu isə suyun tam kəsilməsinə səbəb olub. Sakinlər bildirib ki, ötən müddət ərzində içməli su üçün uzun məsafələr qət etməli olurlar.

Onların sözlərinə görə, paytaxtı içməli su ilə təmin edən Şollar su kəməri də məhz bu kənddən keçir. Ona görə də həm Şollar su kəməri, həm də yeni artezian quyusu vasitəsilə Ağalıq kəndini içməli su ilə təmin etmək mümkündür.

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Natiq Musayev "Report"un yerli bürosuna bildirib ki, quraqlıqla bağlı bulaqların suyu çəkilir. Onun sözlərinə görə, hazırkı vəziyyətdə bulaqların bərpası mümkün deyil: "Bələdiyyə tərəfindən bərpa üçün bir neçə dəfə cəhd edilsə də, problemin həllinə nail olunmayıb. Dövlət proqramında yeni artezian quyularının tikilməsi nəzərdə tutulub. Ağalıq kəndi də, yeni artezian quyuları vurulacaq yaşayış məntəqələrinin siyahısına salınıb və yaxın gələcəkdə əhali içməli su ilə təmin ediləcək".

Zibillik probleminə gəldikdə isə, bələdiyyə sədri vurğulayıb ki, sözügedən ərazidə bir neçə zibil quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. Onun sözlərinə görə, sakinlər məişət tullantılarını zibil quyularına atmaq əvəzinə əraziyə tullayırlar.

Fotolar

pia.az 


Etiket: Su


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar