Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan səfirliyi: 16 mindən çox vətəndaşımız Ukraynadan köçürülüb

Lənkəran rayonunun Gərmətük kənd sakini Babayev Xəyyam Fəryad oğlunun Ukraynada öldüyü deyilir...

Bununla bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu şəxs haqqında məlumat yoxdur.“Ölən vətəndaşlar haqda məlumat Xarici İşlər Nazirliyinə göndərilir, lakin yaralılar haqda yox”, - deyə qeyd olunub.

Bildirilib ki, Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, aktiv evakuasiya elan olunandan sonra 16 mindən çox vətəndaşımız Ukraynadan köçürülüb: “Azərbaycanın Ukraynadakı Səfirliyinin Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işləri əvvəlki kimi təşkil olunub, yalnız daha da artan həcmdə - sərbəst olaraq ölkəni tərk edənlərin, həmçinin miqrasiya qaydalarının pozulması səbəbiylə ölkədən qovulanların Ukraynadan çıxış sənədləri ilə təmin edilməsi, illərdir sənədlərini bərpa etməyən vətəndaşların sənədlərinin bərpası, yaşayış icazəsi alanlara müxtəlif arayışların verilməsi, əlaqə kəsilmiş şəxslərin axtarışı və bir sıra digər problemlərin həlli.

Qeyri-dəqiq hesablamalara əsasən, bu günə qədər Ukraynada 10 min qanuni vətəndaş, minlərlə qeyri-qanuni və potensial vətəndaş qalmaqdadır. Sonuncu kateqoriya o kəslərdir ki, illərdir heç bir sənədləri yoxdur, ancaq vətəndaşlıq üçün müraciət etdikləri halda onlara vətəndaşlıq verilir.

Vətəndaşlarla bağlı xeyli problem var, bizim 2 konsulumuz böyük gərginlik altında çalışır və gündəlik olaraq çox sayda vətəndaşımıza kömək edir” – deyə səfirlikdən bildirilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar