Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın mina problemi ABŞ-da müzakirə olunub

ABŞ-ın Napa Vadisində “Sülhün Kökləri” təşkilatının vasitəçiliyi ilə “Sülh üçün çağırış festivalı”nda ("The Festival of the Bells for Peace") Azərbaycanın mina problemi müzakirə olunub.

“Report”un yeri bürosu xəbər verir ki, “Sülh üçün çağırış festivalı” təhlükəli ərazilərin minalardan təmizlənməsi, müharibənin təsirinə məruz qalmış bölgələrin yenidən qurulması və bərpası üçün yardım vəsaitinin toplanmasına həsr olunub.

Tədbirdə Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev panel müzakirələrdə iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kuhn dünyanın 30 ölkəsində 30 milyondan çox minanın basdırıldığını və bunun insanların təhlükəsiz yaşam şəraitinə ciddi şəkildə təsir göstərdiyini vurğulayıb. Həmçinin, Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasına toxunub. Bildirib ki, cari ilin mart ayında BAMF-ın dəvəti və ANAMA-nın dəstəyi ilə ölkəmizə səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə baş çəkib, minalarla yüksək səviyyədə çirklənmənin öz gözləri ilə şahidi olub və beynəlxalq ictimaiyyətə bu sahədə dəstək verməyə çağırış edib. Eyni zamanda, Qarabağda icra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti istiqamətində görülən işlərin sevindirici olduğunu qeyd edib.

Birinci paneldə çıxış edən spikerlər diplomat Kenet Quin, səfir Xəzər İbrahim, Ramil Əzizov və Rotari klub nümayəndəsi Sehab Elavar Azərbaycanın mina problemi və onun həllinə beynəlxalq dəstək istiqamətində müzakirələr aparıblar.

Çıxış zamanı səfir Xəzər İbrahim Azərbaycan ərazilərinin minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer aldığını və hazırkı hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını qeyd edib. Mövcud mina probleminin icra edilən bərpa və yenidənqurma işlərinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına ciddi maneə olduğunu, eləcə də regionda sabitlik və davamlı sülhün təmini sahəsində beynəlxalq resursların cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

ANAMA-nın İdarə rəisi bildiib ki, baş verən 158 mina insidentindən 116-sı keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Mina qurbanlarının sayı və Agentlik tərəfindən mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verib. Həmçinin Azərbaycan hökuməti tərəfindən aparılan minatəmizləmə əməliyyatlarının dayanıqlı inkişafa xidmət etdiyini vurğulayıb.

Tədbir ABŞ, Kolumbiya, Yaponiya, Ukrayna, Belarus, Xorvatiya, Livan və Laosdan iştirak edən müvafiq nümayəndələrin mina təhlükəsi, minaların törətdiyi fəsadlarla bağlı çıxışları ilə davam edib.

Tədbirin 2-ci günündə “Sülh üçün Minalardan Üzümlüklərə qlobal çağırışı” adlı şam ziyafəti təşkil olunub. Burada çıxış edən Umud Mirzəyev Qarabağa qayıdış prosesində və minatəmizləmə əməliyyatlarında vətəndaş cəmiyyəti təşkilatı olaraq BAMF-ın fəaliyyətlərindən və "Sülhün Kökləri" təşkilatı ilə olan uğurlu əməkdaşlıqdan danışıb. BAMF prezidenti, həmçinin Qarabağda “Minalardan Üzümlüklərə” layihəsinin icrasına başlanılması ilə bağlı qlobal çağırış edib.

Qeyd edək ki, “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kuhnun bütün dünyada minaların məhv edilməsi, mina sahələrinin üzüm və meyvə bağlarına çevirmək təşəbbüsü milyonlarla insanın həyatına təsir edib. Müharibə zonalarında "sülh toxumları" səpmək məqsədilə başladılan “Mines to Vines” ideyası bu gün dünyanın müxtəlif ölkələrində uğurla həyata keçirilir.

pia.az

 

 


Etiket: ABŞ ANAMA mina


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay