Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda avtobuslarda 40-a yaxın sərnişinə qarşı cibgirlik edən şəxslər saxlanılıb

Paytaxt rayonlarında polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində ictimai nəqliyyatda – avtobuslarda və əhalinin sıx olduğu ticarət müəssisələrində cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar...

Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyev və Rəşid Ağayev tutularaq istintaqa təqdim ediliblər.

Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda 40-a yaxın sərnişinin pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Aşkarlanan faktlarla bağlı araşdırmalar davam etdirilir.

"Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər", - məlumatda qeyd olunub.

pia.az


Etiket: DİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

Ziya Məmmədov vətəndaşın torpağını əlindən alıb – Şikayət

“Veysəloğlu” ölkədən böyük pul çıxarıb – Hüquqşünas rəyi

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü keçirilib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Bakıda “Bolt” taksilərdən kütləvi narazılıq var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay