Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzzaya 200-dən çox maşın humanitar yardım daxil olub

Bir gündə humanitar yardım daşıyan 200-dən çox yük maşını Qəzzaya daxil olub...

Qəzza zolağına humanitar yardım daşıyan 210-dan çox yük maşını və yemək bişirmək və həyati vacib infrastrukturun saxlanması üçün içində maye qaz olan 6 çən buraxılıb.

Poliqon xəbər verir ki, bu barədə “Ynet News” portalı Müdafiə Nazirliyi yanında İsrail Hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsinə (COGAT) istinadən məlumat yayıb.

Humanitar yardım daşıyan 216 yük maşını Qəzza zolağına yollanıb. Onlardan 165-i Kerem Şalom keçid məntəqəsindən, 51-i Erez keçid məntəqəsindən keçib. Yük maşınları Qəzzaya qida və tibbi avadanlıq, o cümlədən poliomielit peyvəndi gətiriblər.

Xatırladaq ki, humanitar təşkilatlar İsraili Qəzza əhalisinin humanitar yardıma çıxışını qəsdən məhdudlaşdırmaqda ittiham edir. Yəhudi dövləti belə məhdudiyyətlərin olmadığını israr edir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay