Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Rafael Hüseynov Ahıska türkləri ilə görüşüb - Fotolar 

Hacıqabul rayonunun Meyniman kəndində yaşayan Axısxa türləri ilə avqustun 28-də Milli Məclisə növbəti seçkilərin təbliğat-təşviqat kompaniyası çərçivəsində görüşən 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynov bu mövzunun illərdən bəri onun üçün dogma olduğunu bildirdi...

O xatırlatdı ki, Axısxa türkləri arasından çıxmış görkəmli şəxsiyyətlər haqqında silsilə məqalələrin və kitabların müəllifi olmaqla yanaşı, bu insanların daim arzusunda olduqları öz tarixi vətənlərinə qayıtmaq məsələsi ilə bağlı da vaxtilə Avropa Şurası Parlamentv Asssambleyasında çıxışlar etiş, sənədlər hazırlamışdır.

Arxada qalan illərdə də bu bölgədən seçilmiş deputat kimi Azısxa türklərinin problemləri ilə daim maraqlandığını söyləyən Rafael Hüseynov qarşıdan kədərli bir yubileyin gəldiyini, bu ilin noyabrından Axısxa türklərinin 1944-cü ildə sovet siyasətinin nəticəsi kimi öz tarixi vətənlərindən – Gürcüstandakı Mesxetiya bölgəsindən Mərkəzi Asiyaya məcburən sürgün edilmələrinin 80 ilinin tamam olduğunu yada salıb.

O qeyd edib ki, bununla bağlı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Mirzə Baxış Nadim adına Şirvan filialı xətti ilə cari ilin sonlarında elmi sessiya keçirilməsi planlaşdırılır.

Hacıqabulun ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edən Axısxa türklərinin problem və qayğıları ilə bağlı da ətraflı fikir mübadiləsi apaıldı, bu istiqamətdə əməli nəticələrə nail olmaqdan ötrü mümkün yollar müzakirə edildi.

Fotolar

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar