Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda “Bolt” taksilərdən kütləvi narazılıq var

Azərbaycanda fəaliyyət gösətrən “Bolt” taksi şirkətindən narazılıq yaranıb...

Buna səbəb isə tariflərlə bağlı ziddiyyətin ortaya çıxmasıdır. Müştərilər onların qiymətdə 1-2 manat fərqlə aldadıldıqlarını qeyd edirlər.

Bildirilir ki, müştəri sifariş verəndə 5 manat göstərirsə, taksiyə oturanda sürücü 7 manat olduğunu məlumat verir. Müştərilər bildirir ki, son günlər belə hallar çoxalıb. Amma səbəbin nə olduğu izah edilmir. Müştərilər bunu şirkətin fırıldağı kimi qəbul edirlər. Sürücülər də etiraf edirlər ki, “Bolt” belə problemlər yaşadır və nəticədə şoferlə müştəri üz-göz olur.

Ümumiyyətlə, Bakıda taksilərdə gediş-gəlişin qiyməti artsa da, keyfiyyəti dəyişməz olaraq qalır. Ötən ayla müqayisədə qısa məsafə üçün iki-üç manat tələb olunurdusa, indi eyni məsafəyə görə ikiqat ödəniş tələb edilir.

Lakin problemlər bununla bitmir, bəzən sürtücülər kartla edilmiş sifarişləri ləğv edir, bəzənsə tətbiqdə yeni avtomolibilin gələcəyi göstərilsə də, göndərilən avtomobil köhnə model olur.

«Bolt» xidmətinin Azərbaycandakı fəaliyyəti 2017-ci ildən başlanıb. Hazırda «Bolt» Azərbaycanda 11 şəhərdə fəaliyyət göstərir: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Quba və Lənkəran.

«Bolt»la çoxlu sayda sürücü əməkdaşlıq edir, amma onlar «Bolt»un işçiləri deyil. Aktiv sürücülərin dəqiq sayını demək mümkün deyil, çünki onların bir hissəsi daimi işlədiyi halda, bir çoxu öz «Bolt» hesabından hərdənbir işləmək üçün istifadə edir.(Tribunainfo.az)

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Ən çox oxunanalar