Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Le Monde: “Telegram”ın təsisçisi ilə Makron arasında iki-üç dəfə görüş olub

Fransanın Avropa və Xarici İşlər Nazirliyi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durova 2021-ci ildə ölkə vətəndaşlığının verilməsinə qarşı çıxıb, çünki onun lazımi kriteriyalara cavab vermədiyinə inanırdı...

“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti ölkənin xarici siyasət idarəsindəki mənbələrə istinadən məlumat yayıb.

Xüsusilə, Durovun Fransanın Dubaydakı konsulluğuna təqdim etdiyi petisiyaya baxan diplomatlar onun “Fransanın imicinin yaxşılaşdırılmasına” kömək etdiyinə şübhə ilə yanaşdılar. Nəşr qeyd edib ki, ona vətəndaşlığın verilməsi məsələsi artıq siyasi baxımdan həssas idi, çünki bir neçə ildir ki, media onun mesajlaşma xidmətində moderasiyanın olmamasını tənqid edən məqalələr dərc edirdi.

Qəzet yazıb ki, fəxri vətəndaşlığın verilməsi prosedurunun özü siyasidir. Formal olaraq ölkənin Xarici İşlər Nazirliyinin təşəbbüsü olsa da, əslində bu, çox vaxt birbaşa nazirlərdən və ya Fransa prezidentindən tələb olunur.

“Telegram”ın təsisçisi 2018-ci ildə Prezident Emmanuel Makronla nahara dəvət edildikdən sonra xüsusi olaraq Yelisey Sarayına sorğu göndərib. Son vaxtlara qədər Fransa liderinin administrasiyası bu görüşün faktını açıqlamasa da, indi təsdiqləyiblər ki, son vaxtlara qədər onlar arasında iki-üç dəfə görüş olub.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib

Ən çox oxunanalar