İndoneziya pornoqrafiyanın mümkün yayılması və onlayn qumar oyunlarının təbliği ilə əlaqədar Telegram və Bigo Live yayım proqramını ölkədə bloklamağı düşünür...
Poliqon xəbər verir ki, bu barədə İndoneziyanın “Jakarta Globe” nəşri rabitə və informasiya naziri Buri Ari Setiadiyə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Nazirlik artıq hər iki platformaya ciddi xəbərdarlıq edib. Bununla belə, nazir Telegram və Bigo Live-dan verilən cavabların “qeyri-adekvat” olduğunu bildirib.
"Mən Bigo Live və Telegram-ı dərhal bağlamağı üstün tuturam, lakin komanda əvvəlcə daha çox araşdırma aparmalıdır. Komandamız tərəfindən toplanan sübutlar əsasında hərəkət edirik. Pornoqrafiya və ya qumar reklamı ilə bağlı sübutlar tapsaq, platformaları bloklayacağıq”, deyə nazir vurğulayıb.
Poliqon.info