Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara-İrəvan münasibətləri irəliləyiş yolunda...

Bu prosesə normallaşmadan çox, etimadın yaradılması prosesi kimi baxmaq lazımdır…

Abdulhakim Günaydın
The Independentturkish

“Bunu Ermənistana çox açıq şəkildə dedik: Əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, bizim Ermənistanla da əlaqələrimiz Türkiyə kimi müsbət istiqamətdə gedəcək”.
Bu sözlər prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğana məxsusdur. Ərdoğan bu sözləri keçən həftə Türk Dövlətləri Təşkilatının 9-cu sammitində iştirak etmək üçün Özbəkistana yola düşməzdən əvvəl Ankara Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.
Əslində, Ərdoğan dəfələrlə bəyan edib ki, Ankara-İrəvan münasibətlərinin normallaşması Azərbaycan məsələsi ilə bağlıdır.

Münasibətlər necə pozuldu?

Türkiyə 1991-ci ilin dekabrında Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Lakin 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi münasibətləri pozdu. İşğala reaksiya verən Türkiyə iki ölkə arasında yeganə sərhəd qapısı olan “Alican” Sərhəd Qapısını birtərəfli qaydada bağladı. 2000-ci illərin sonunda Ankara ilə İrəvan arasında normallaşma cəhdləri oldu, lakin Azərbaycanın etirazı ilə proses uğursuz oldu.

Müharibənin sonu normallaşmanı gündəmə gətirib

Azərbaycanın iki il əvvəl 2-ci Qarabağ müharibəsində qalib gəlməsi və torpaqlarının böyük bir hissəsini geri qaytarması Türkiyə-Ermənistan münasibətlərinin yenidən normallaşmasını gündəmə gətirib. Bəzi hadisələr, məsələn, Bakı-İrəvan xəttində atəşkəsin imzalanması Türkiyə-Ermənistan xəttində danışıqlara yol açdı. Həm Ankara, həm də İrəvan administrasiyası danışıqları aparmaq üçün xüsusi nümayəndələr təyin etdi.

İndiyədək dörd təkbətək görüş olub

Normallaşma prosesi çərçivəsində xüsusi nümayəndələr arasında ilk görüş 14 yanvar 2022-ci ildə Rusiyanın paytaxtı Moskvada, ikinci görüş isə fevralın 24-də Vyanada keçirilib. 30 ildən artıqdır diplomatik danışıqlar aparmayan iki ölkə arasında xüsusi nümayəndələr indiyədək 4 dəfə təkbətək görüş keçirib. Hər görüşdən sonra verilən açıqlamada prosesin “tam normallaşma məqsədilə” və “ilkin şərt olmadan” həyata keçirildiyi barədə razılığa gəlindiyi açıqlanıb.

Həm Ankara, həm də İrəvan administrasiyası münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmaqda davam edir. Bu normallaşma addımları regionda sülh və sabitlik üçün gələcəyə ümid və müsbət atmosfer yaratsa da, prosesin uğur qazanması üçün xeyli çətinliklərin olduğu göz qabağındadır.

Bir-biri ilə 328 kilometr sərhədi olan Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq olarmı?

“Müsbət irəliləyiş digər proseslərə də müsbət təsir göstərir”

İndependentturkish-ə danışan diplomatik mənbə iki ölkə arasında normallaşma prosesinin davam etdiyini və gələcəkdə ehtiyac yaranarsa, liderlərin üzbəüz görüşlərin olacağını bildirib. İyulun 1-də keçirilən son görüşdə sərhədin üçüncü ölkə vətəndaşlarına açılması və hava yük ticarətinə başlanması ilə bağlı razılıq əldə edildiyini xatırladan mənbə, bu istiqamətdə texniki araşdırmaların sürətlə başlamasına qərar verildiyini bildirib. Mənbənin sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini regiondakı digər proseslərdən ayrı nəzərdən keçirmək olmaz. Çünki regionda çoxşaxəli proses gedir. Birində müsbət irəliləyiş təbii olaraq digər proseslərə də müsbət təsir göstərir: “Bu, normallaşmadan daha çox etimadın yaradılması prosesi kimi qəbul edilməlidir”, deyə mənbə bildirib.

Ankaranın vicdanla əlindən gələni etdiyini vurğulayan diplomatik mənbə əlavə edib:
“Türkiyə ilə Ermənistan arasında davam edən danışıqlara normallaşmadan çox, etimadın artırılması prosesi kimi baxmaq lazımdır. Bu, iki ölkə xalqları arasında etimadın formalaşmasına səbəb olan bir prosesdir. Çünki araşdırılan məsələlərə nəzər saldıqda görünür ki,iki xalq arasında illərdir əskik olan etimadı yeniləmək və gücləndirmək səyləri çox vacibdir. Təbii ki, etimadın yaranması normallaşma prosesinə çox böyük töhfə verəcək. Normallaşma prosesinə də bu məntiqlə yanaşmaq daha məqsədəuyğun olardı”.

“Heç kim müharibə və iğtişaş istəmir”

Türkiyənin Ermənistanla qonşu şəhərlərindən biri olan Qarsdan seçilmiş AK Partiyalı millət vəkili Prof. Dr. Yunus Kılıç da eyni fikirdədir.

Normallaşmanın onların da arzuladıqları bir şey olduğunu qeyd edən Kılıç Türkiyənin həm coğrafi, həm də tarixi baxımdan bölgə dövlətləri ilə son dərəcə yaxın əlaqələrinin olduğunu bildirib.



Ermənistanın Azərbaycan torpaqlarının təxminən 20 faizini ədalətsiz, qanunsuz və təcavüzkar rəftarla işğal etdiyini xatırladan Kılıç, “Bölgədə heç kim müharibə və iğtişaş istəmir, amma işğal altında olan torpaqlar var idi. Azərbaycan öz gücü və Türkiyənin dəstəi ilə torpaqlarını azad etdi. Belə deyək ki, indi alıb-verməyə bir şey qalmayıb, haqq öz yerini tapıb”, AK Partiyalı millət vəkili vurğulayıb.

“İrəvan xalqın tələblərinə qulaq asmalıdır”

Ankaranın müharibə və iğtişaşların tərəfdarı olmadığını, onsuz da Türkiyənin böyründə davam edən Rusiya-Ukrayna müharibəsinin bölgəyə kifayət qədər gərfinlik gətirdiyini vurğulayan Kılıç Ermənistanın həqiqəti qəbul etməsinin və Azərbaycanla münasibətlərinin normallaşmasının bölgədə sabitliyə töhfə verəcəyini bildirərək, sözlərinə bu şəkildə davam edib:

“Münasibətlər normallaşarsa, bundan həm Türkiyə, həm Ermənistan, həm də Azərbaycan qazanacaq. Qars millət vəkili olduğum üçün bölgəni yaxşı tanıyıram. Ermənistanda yaşayan insanların bizim arzu etdiyimizdən başqa arzuları yoxdur. Ancaq özlərini xilas etmiş, heç bir iqtisadi problemi olmayan diaspor erməniləri proseslərə mənfi təsir göstərir. İrəvan isə xalqın tələblərinə qulaq asmalıdır. Ona görə də Türkiyə sona qədər sülhü dəstəkləməyə davam edəcək”.

“1915-ci ildə baş verənlər İttihat və Tərəqqi Komitəsinin zamanında törədilən qarşılıqlı kütləvi qətl hadisələridir”

Beynəlxalq əlaqələr üzrə ekspert professor Baskin Oran bildirib ki, erməni diasporu “soyqırım” ifadəsini işlətdiyinə görə Türkiyə ilə arasında düşmənçilik münasibətləri hökm sürür.

Oranın fikrincə, Ankara diasporla mübarizə aparmaq əvəzinə Ermənistanla yaxşı münasibətlər qursa, diasporun Türkiyəyə qarşı müqaviməti də azalacaq. Bu, diasporla konfliktdə olanların düşünməli olduğu ilk şeydir. 1915-ci il hadisələrini soyqırım adlandırsanız da, Türkiyədə böyüklərimizin işlətdiyi “erməni qırğını” desəniz daha qoğru olar. 1915-ci ildə baş verənlər İttihat və Tərəqqi Komitəsinin zamanında törədilən qarşılıqlı kütləvi qətl hadisələridir.

“Üzr istəyirik deməyə isə ehtiyac yoxdur”

1915-ci il hadisələrinin Türkiyə Cümhuriyyəti tərəfindən həyata keçirilmədiyini, lakin rəsmi Ankaranın əvvəldən bu hadisəni ört-basdır etməklə səhvə yol verdiyini qeyd edən Oran, “Türkiyə İttihat və Tərəqqinin səhvlərini unutdurmaq üçün həmin hadisələri ört-basdır etməyə çalışdı. İrəvanla normal münasibətlər qurulanda mən təklif etdim, desinlər ki, biz bunu etməmişik, bunu İttihad və Tərəqqinin səhvləri nəticəsində baş verən hadisələrdir. Türkiyə Cümhuriyyəti qurulandan sonra bu barədə danışmamağımız üçün təəssüflənirik. Üzr istəyirik deməyə isə ehtiyac yoxdur, çünki təşəkkür etmək və üzr istəmək ənənəmizdə zəiflik əlamətidir. “Çox üzgünük” demək kifayət edərdi.

“Problem tam həll olunmayıb”

TOBB ETU Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Bölməsinin müəllimi və Ermənistan üzrə eksperti dosent Mustafa Sərdar Palabıyık isə normallaşmanın region ölkələri arasında əməkdaşlıq və anlaşma xaricində ancaq qeyri-regional ölkələrin təsiri ilə baş verə biləcək bir məsələ olduğunu düşünür.

İkinci Qarabağ müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının əksəriyyətinə nəzarəti ələ keçirdiyini və İrəvanın geri addım atdığını vurğulayaraq, anlaşma üşün zəmin yarandığını qeyd edən Palabıyık, “Bu anlaşma zəmininin Ankara-İrəvan münasibətlərinin normallaşmasına əhəmiyyətli təsiri olacaq”, deyə vurğulayıb.

Palabıyıkın fikrincə, məsələnin başqa bir tərəfi 1915-ci il hadisələridir. Çünki Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır və Ankara əvvəlcə bunun tanınmasını, 1915-ci il hadisələrini soyqırım kimi qələmə verməkdən əl çəkməyi və beynəlxalq ictimaiyyətə bu hadislərin soyqırım kimi təbliğini dayandırmasını istəyir. Bu problem tam həll olunmayıb və həlli çətin görünür.

“Türkiyə başa düşməlidir ki, Ermənistan bu işdən əl çəkməyəcək”

1915-ci il hadisələri məsələsinin soyqırım kimi demək olar ki, İrəvanın milli kimliyinin bir parçası olduğunu və Ermənistanın bu işdən əl çəkməsinin çətin olduğunu vurğulayan Palabıyık fikirnə belə davam edib:

“Normallaşma baxımından aşağıdakılar var: İrəvan 1915-ci il hadisələrinin soyqırım olması ilə bağlı iddiasından əl çəkməyəcək, lakin bunu əvvəlki kimi tez-tez beynəlxalq ictimaiyyətin gündəminə gətirməyə də bilər. Türkiyə anlamalıdır ki, Ermənistan bu işdən əl çəkməyəcək. Ona görə də bu bənd gündəmdən çıxarılıb arxa plana keçərsə, həm ərazi bütövlüyünün qəbulu, həm də quru sərhədinin açılması ilə diplomatik münasibətlər qurula bilər”.

“Yeganə qalib hegemonluğunu artıran Rusiya oldu”

Erməni icmasından deputat seçilən HDP Diyarbəkir millət vəkili Qaro Paylan Türkiyə ilə qonşu olan ErmənistanAzərbaycanın 30 ildən artıqdır problem yaşadığına və bu çıxılmaz vəziyyətin hər zaman Rusiyanın xeyrinə olduğuna diqqət çəkib.

Paylan sülh fürsətinin 1990-cı illərdə istifadə edilə bilmədiyini və 2008-ci ildə Ankara ilə İrəvan arasında başlayan “futbol diplomatiyası” üçün kifayət qədər siyasi iradənin olmadığını ifadə edərək, “Məncə, İkinci Qarabağ müharibəsində həm ermənilər, həm azərbaycanlılar, həm də Türkiyə uduzdu. Burada qalib gələn yeganə güc Qafqazdakı hegemonluğuni artıran Rusiya oldu”, deyib.

Paylan Türkiyənin iki qonşusuna eyni gözlə baxmadığını, Azərbaycana "iki dövlət, bir millət" dediyini və bunun həlli çətinləşdirdiyini vurğulayıb: “Türkiyə hökümətinin birtərəfli nöqteyi-nəzəri var. Məncə bunun həll yoluna ən böyük maneə olduğunu düşünürəm”, deyə qeyd edib.

“Sülhü təmin edəcək yeganə güc Ankaradır”

Paylan, nə Rusiya, nə Fransa, nə də ABŞ-ın həll yolu təqdim edə bilməyəcəyini və Ankaranın bunu edə biləcək yeganə güc olduğunu bildirib:

“Əgər məsuliyyəti üzərlərinə götürərlərsə, iki ölkə arasında münasibətlər normallaşacaq, Bakı-İrəvan sülhü təmin olunacaq. Ancaq ədalətli sülh daimi ola bilər və Ankara bölgədə bunu təmin edəcək yeganə gücdür. Hamımız məsuliyyət daşımalıyıq. Bu sülh təkcə Qafqazda deyil, Türkiyənin şərqində Van, Ağrı, Qars, Rizə, Trabzon kimi bir çox şəhərlərə də fayda verəcək. Hər kəs sülh üçün məsuliyyət daşımalı və iradə ortaya qoyulmalıdır”.

“Çox şey var ki, onları başa düşmək olmur”

“Aqos” qəzetinin baş redaktoru Yetvart Danzikyan deyib ki, zahirən proses irəliləyir, amma qarşılıqlı bəyanatların sətirləri arasında baxanda tıxanma mərhələsinə yaxınlaşır.

Ermənistanda heç bir ilkin şərt olmadan normallaşma prosesinə başladıqlarını, lakin Ankaranın həmişə Bakı ilə sülh razılaşmasını masaya qoyduğunu xatırladan Danzikyan, “Ərdoğan “İrəvan Bakıyla anlaşsa, hər şey asan olacaq. Hələ bu nöqtəyə gəlinmədi.” deyir və əslində ilkin şərt irəli sürür.

Danzikyan İKinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında atəşkəs imzalansa da, hələ də sülh sazişinin imzalanmadığını, tərəflər üçün müəyyən şərtlərin olduğunu vurğuladı: “İrəvan Qarabağ ermənilərinin öz müqəddəratını müəyyən edəcək mövqedə olmasını, yəni danışıqlarda iştirakını istəyir. Bu,birinci problemdir. Digər problem isə müharibə bitəndən sonra Ankara və Bakı “Zəngəzur dəhlizi”ni ortaya atması iə bağlıdır. İddi edirlər Naxçıvanla Azərbaycanı birləşdirəcək bu dəhliz Ermənistan ərazisindən keçsə də, İrəvanın nəzarəti altında olmayacaq. İrəvan da buna qarşıdır. Bu kimi başqa maddələr də var ki, onların üzərində anlaşmaq olmur”, deyə Danzikyan bildirib.

“Ankara və Bakı İrəvana məğlub ölkə kimi yanaşır”

İqtisadi cəhətdən çox geri qalan Ermənistanın razılaşmaya ən çox ehtiyacı olan tərəf olduğuna diqqət çəkən Danzikyan qeyd etdiyi problemlər səbəbindən iki ölkə arasında sülh sazişinin gecikə biləcəyini ifadə edərək, sözlərini belə yekunlaşdırıb:

“Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan müqaviləni ilin sonuna kimi imzalayacağını desə də, hələ ki, problemlər aradan qaldırılmayıb. Ankaranın Bakı ilə addımı əslində İrəvanı daha da sıxışmış vəziyyətə salır. Bunlar normallaşmaya maneələrdir. Türkiyə də, Azərbaycan da Ermənistana məğlub ölkə kimi baxaraq, Ermənistanı küncə sıxışdırır və İrəvan bundan narahat görünür. Ola bilsin ki, bu siyasətdən əl çəkilsə, sövdələşmə olacaq. Açığı, məsələnin həlli bir az da Ankaranın göstərəcəyi münasibətdən asılıdır”.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar