Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda üçüncü müharibə olmadan sülh sazişi bağlamaq mümkündür?

Prezident dünənki çıxışında eyham vurub ki, əslində sülh prosesini pozan vasitəçilik edənlərdir...

Deputat: “Rusiya və Fransa öz maraqlarına görə sülhprosesini bu və ya digər şəkildə pozurlar”.

Azərbaycan hakimiyyəti ilə təmas quran şəxs separatçıları dəstəkləməməmlidir və danışıqların mövzusu ancaq oradakı ermənilərin tam hüquqlu Azərbaycan vətəndaşlarına çevrilməsi ilə bağlı olmalıdır”.

Bu sözləri millət vəkili Razi Nurullayev son günlərdə Azərbaycanla Ermənistan arasında baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

İlham Əliyev dünənki çıxışında bildirib ki, əslində sülh prosesini pozan və mane olanlar elə vasitəçilik edənlərdi: “Onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Əgər onlar Qarabağda ermənilərin hüquq və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”, deyə prezident vurğulayıb.

Paşinyanın son bəyanatlarına da əsaslanarsaq, deyə bilərikmi ki, artıq yaxın zamanlarda sülh mümkün olmayacaq. Həmçinin Ermənistanla Azərbaycan arasında üçüncü müharibə olmadan sülh sazişi bağlamaq mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Razi Nurullayevlə müzakirə edib.

Razi Nurullayev: “Vardanyanın Azərbaycan ərazisində olması belə qanunsuzdur və sülhməramlıların onu nəzarət etdikləri əraziyə buraxması Üçtərəfli Bəyanatın kobud şəkildə pozulması deməkdir”.

Hal-hazırda Azərbaycanla Qarabağ erməni icması arasında danışıq aparacaq şəxslərin gözə görünmədiyini nəzərə çatdıran millət vəkili PİA.az-a açıqlamasında qeyd edib ki, bu prosesdə axtarışda olan Araik Arturyan kimi hərbi cinayətkarlar iştirak edə bilməz. Rusiyanın göndərdiyi Vardanyan isə Azərbaycanla heç vaxt Qarabağ erməni icması adından danışıqlar apara bilməz:

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması prosesi get-gedə daha da çətinləşir. Çünki Paşinyanın siyasi fəaliyyətində stabillik və davamlılıq yoxdur. Ermənistanın baş naziri tez-tez fikrini dəyişir. Digər tərəfdən isə Moskva da sülh prosesinə maneçilik törədir. Vardanyanın Azərbaycanın Xankəndi şəhərinə göndərilməsi və cənab Prezident demişkən əlində də gündəliklə gəlməsi, artıq onun hansı məqsədlə Xankəndinə göndərilməsindən xəbər verir.

Korrupsioner, “qara pullar”ın yuyulmasında usta olan Vardanyan Azərbaycan vətəndaşı olmaya-olmaya Azərbaycan ərazisinə gəlib və özünü separatçıların lideri elan edib. Vardanyanın Azərbaycan ərazisində olması belə qanunsuzdur və sülhməramlıların onu nəzarət etdikləri əraziyə buraxması Üçtərəfli Bəyanatın kobud şəkildə pozulması deməkdir. Vardanyanın Azərbaycan prezidenti ilə danışıqlar aparması iddiası isə bu şəkildə reallaşa bilər, Azərbaycan sərhədlərini pozduğu və Azərbaycanda separatizmi inkişaf etdirdiyi üçün həbs olunar, bir cinayətkar kimi də törətdiyi əməllərə görə cavab verər.

Düşünürəm ki, hal-hazırda Azərbaycanla Qarabağ erməniləri arasında danışıq aparacaq şəxslər hələ ki, gözə görünmür. Bu prosesdə axtarışda olan Araik Arturyan kimi hərbi cinayətkarlar iştirak edə bilməz. Rusiyanın göndərdiyi Vardanyan isə Azərbaycanla heç vaxt Qarabağın erməni icması adından danışıqlar apara bilməz. Ümumiyyətlə isə Azərbaycan hakimiyyəti ilə təmas quran şəxs separatçıları dəstəkləməməmlidir və danışıqların mövzusu ancaq oradakı ermənilərin tam hüquqlu Azərbaycan vətəndaşlarına çevrilməsi ilə bağlı olmalıdır.

Razi Nurullayev: “Ermənistan Azərbaycanın təklif etdiyi prinsiplər üzərindən sülh müqaviləsini bağlamasa, belə görünür ki, Bakı İrəvanı zor gücü ilə sülh müqaviləsi bağlamağa vadar etməlidir. Bunu da günahkarı Rusiya və Fransa olacaq”.

Azərbaycanla Ermənistan arasında hüqiqi, siyasi və iqtisdi problemlərin həlli üçün İrəvan Bakı ilə sülh müqaviləsi imzalamalıdır. Ermənistan hakimiyyəti isə gündə min fikrə düşür, revanşist müxalifətin təzyiqləri qarşısında əzilir və Qarabağ məsələsini də bir bənd kimi sülh müqaviləsinə daxil etmək istəyir. Yaxud da İrəvan çərçivə müqaviləsi imzalanmaq istəyir. Amma bunların hamısı bəhanələrdir və Azərbaycana sərf etməyən variantlardır. Azərbaycan qalib, diqtə edən tərəfdir. Azərbaycanın şərtləri daxilində də Ermənistan sülh müqaviləsini bağlamalıdır.

Təəsüflər olsun ki, həm Rusiya, həm də Fransa Ermənistana məğlubiyyət yaşamış bir tərəf kimi yanaşmırlar. Onlar isə Ermənistanla Azərbaycan arasında sülh prosesinə maneçilik törədirlər. Yəni sülh prosesinin uzadılmasında tək səbəbkar Paşinyan deyil. Rusiya və Fransa öz maraqlarına görə sülh prosesini bu və ya digər şəkildə pozurlar.

Azərbaycan müharibə etmədən sülh müqaviləsini bağlamağa hazırdır. Harada görünüb ki, qalib gələn ölkəyə sülh müqaviləsi təklif edilsin və şərtlər irəli sürülsün. Azərbaycan qalib ölkə kimi sülhə can atmaya da bilərdi. Amma 44 günlük müharibədən dərhal sonra, 2020-ci ilin noyabr ayının 11-dən başlayaraq Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı təkliflərini irəli sürdü. Ermənistan isə sülh istəmir və hələ də Azərbaycanın ərazilərinə göz dikib.

Ermənistan Azərbaycanın təklif etdiyi prinsiplər üzərindən sülh müqaviləsini bağlamasa, belə görünür ki, Bakı İrəvanı zor gücü ilə sülh müqaviləsi bağlamağa vadar etməlidir. Bunu da günahkarı Rusiya və Fransa olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay