Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev AYB-nin qurultayının iştirakçılarına müraciət ünvanlayıb

Ədəbiyyatımızı milliliklə bəşəriliyin ahəngdar vəhdətində humanist xarakterli ideya-fəlsəfi axtarışları ilə dünya ədəbi irsinin tərkib hissəsinə çevirmiş görkəmli söz ustalarının xatirəsi ölkəmizdə əziz tutulur...

Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı ilə əlaqədar iştirakçılara müraciət ünvanlayıb.

PİA.az xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli qurultay nümayəndələri!

Sizi Azərbaycan yazıçılarının XIII qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı və gələcək fəaliyyətinizdə nailiyyətlər arzu edirəm.

Azərbaycan xalqı şeirə, sənətə böyük qiymət verərək, cəmiyyət və gələcək nəsillər qarşısında dərin mənəvi məsuliyyət hissi ilə yazıb yaradan qələm sahiblərinə daim ehtiram bəsləmişdir. Onlar çoxəsrlik söz xəzinəmizin zənginləşməsi, mədəni dəyərlərimizin saflığının qorunması və ictimai fikrin milli özünüdərk zəminində formalaşması işinə misilsiz töhfələr bəxş etmişlər. Ədəbiyyatımızı milliliklə bəşəriliyin ahəngdar vəhdətində humanist xarakterli ideya-fəlsəfi axtarışları ilə dünya ədəbi irsinin tərkib hissəsinə çevirmiş görkəmli söz ustalarının xatirəsi ölkəmizdə əziz tutulur. Xalqımızın qəlbində azadlıq duyğularının güclənməsi, insanlarımızın ruhuna mübarizə əzminin aşılanması və müstəqilliyimizin mənəvi zəmininin möhkəmlənməsi yolunda şair və yazıçılarımız xüsusi fədakarlıq göstərmişlər.

Mədəni həyatımızın mühüm hadisələrindən olan qurultayınızın parlaq Qarabağ zəfəri sayəsində tariximizin şanlı səhifələrini yaşadığımız bir dövrə təsadüf etməsi yüksək ideyalı bədii əsərlərin ərsəyə gətirilməsi naminə bir sıra mühüm vəzifələr irəli sürür. Azərbaycançılıq məfkurəsi işığında cəmiyyətin mənəvi inkişafı məsələlərini hər zaman olduğu kimi yenə də diqqət mərkəzində saxlayaraq səmərəli müzakirələr aparacağınıza və əhəmiyyətli qərarlar qəbul edəcəyinizə inanıram. Əminəm ki, həmin qərarlar yazıçı və şairlərimizin müasir təfəkkür tərzi ilə seçilən vətənpərvər ruhlu yeni nəsli önündə geniş üfüqlər açacaq, bütün yaradıcı ədəbi qüvvələrə dəstək olacaq".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay