Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranla Moskva arasında Azərbaycanla bağlı gizli razılaşma var? - Ərəstun Orucludan şərh

Qərbin də artıq maraq dairəsinə daxil olan Cənubi Qafqazda Rusiya-İran-Ermənistan üçlü ittifaqı mümkün görünürmü?..

Politoloq: “Tehranın hal-hazırda Cənubi Qafqaza can atması, onun Cənubi Qafqazda söz sahibi olmaq istəməsi ilk növbədə Moskvanın mövqelərinin zəifləməsi ilə bağlıdır”.

Azərbaycana qarşı olan bütün bu İran təxribatlarının arxasında təkcə Azərbaycanı dövlət olaraq sıradan çıxarmaq, zəiflətmək, onu öz iradəsinə tabe etmək istəyi deyil. Eyni zamanda İran Cənubi Qafqazda Moskvanı əvəzləmək istəyir”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu İranın son zamanlar Azərbaycana qarşı atdığı addımları PİA.az-a şərh edərkən qeyd edib.

İran son bir ildə ikinci dəfə Azərbaycan sərhədində hərbi təlimlər keçir və bu təlimlərin əsas məqsədi Azərbaycanı təhdid etməkdir. Təqribən bir il əvvəl SEPAH bütün sərhəd boyunca Azərbaycanı təhdid edərkən İranın Xarici İşlər Nazirliyi də bu təhdidi daha da gücləndirəcək bəyanatlar verirdi.

Diqqət çəkən məsələlərdən biri də odur ki, həmin vaxt məhz Azərbaycan məsələsi ilə bağlı Moskvaya səfər edən və Moskva aeroportunda Azərbaycana qarşı açıq təhdidlər səsləndirən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Lavrovla görüşündən sonra ritorikasını tamamilə dəyişdi və Azərbaycana qarşı dostluq və qardaşlıq mesajları yolladı. Güman etmək olar ki, Moskvada İranın Azərbaycan sərhədini keçməsinin ağır nəticələri ilə bağlı Tehrana açıq mesaj verilmişdi.

Hazırda isə Ukrayna ilə müharibə aparan Rusiyanın əsas müttəfiqi İrandır və Tehran Ukraynada məğlubiyyətlə üzləşən Rusiya ordusunu kamikadze dronlarla təmin edir. Bu durumda İran yenidən Azərbaycan sərhədlərində təhdid təlimlərinə başlayıb.

Cənubi Qafqaz məsələsində Tehranla Moskva arasında Azərbaycanla bağlı hər hansı gizli razılaşmaya ehtimal vermək olarmı? İrana məcur olan Rusiya Cənubi Qafqazdakı maraqlarının bir hissəsini İrana güzəştə gedə, ya da İranla birlikdə hərəkət edə bilərmi? Ümumiyyətlə Qərbin də artıq maraq dairəsinə daxil olan Cənubi Qafqazda Rusiya-İran-Ermənistan üçlü ittifaqı mümkün görünürmü və bu ittifaqa qarşı dura biləcək Türkiyə-İsrail-Azərbaycan üçlü ittifaqı ortaya çıxa bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Hətta Rusiya Cənubi Qafqazı itirsə belə, Tehranın Ankara ilə mübarizədə qalib gəlmək şansı yoxdur”.

Faktiki olaraq Rusiyanın təsir dairəsi baxımından mirası uğrunda mübarizə getdiyini diqqətə çatdıran ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, Tehran da bu mənada Cənubi Qafqazı öz nəzarətinə götürmək istəyir:

“Tehranın hal-hazırda Cənubi Qafqaza can atması, onun Cənubi Qafqazda söz sahibi olmaq istəməsi ilk növbədə Moskvanın mövqelərinin zəifləməsi ilə bağlıdır. Çünki hər kəs anlayır ki, Moskvanın mövqeləri Ukrayna müharibəsindəki məğlubiyyətdən sonra ən müxtəlif bölgələrdə zəifləməkdədir. Xüsusilə, Rusiyanın söz sahibi olduğu bölgələrdə, o cümlədən də, Cənubi Qafqazda mövqeyi zəifləyir.

Cənubi Qafqaz da son dərəcə önəmlidir. İran çalışır özünü Cənubi Qafqazda söz sahibi kimi aparsın. Onu da qeyd edim ki, Azərbaycana qarşı olan bütün bu İran təxribatlarının arxasında təkcə Azərbaycanı dövlət olaraq sıradan çıxarmaq, zəiflətmək, onu öz iradəsinə tabe etmək istəyi deyil. Eyni zamanda İran Cənubi Qafqazda Moskvanı əvəzləmək istəyir. Yəni faktiki olaraq Rusiyanın təsir dairəsi baxımından mirası uğrunda mübarizə gedir. Tehran da bu mənada Cənubi Qafqazı öz nəzarətinə götürmək istəyir.

Mərkəzi Asiya geosiyasi mübarizənin əsas mərkəzlərindən biri olmasına baxmayaraq Tehran oraya can atmır. Çünki Tehran bilir ki, orada artıq Türkiyə var. Düzdür, Türkiyə Qafqazda da var. Amma Mərkəzi Asiyada Çin də var. Buna görə də Tehranın demək olar ki, orada şansı yoxdur. Eyni zamanda İran onu da bilir ki, Rusiya da o regiondan hələ tam çəkilməyib.

Ərəstun Oruclu: “İranda siyasilərlə hərbiçilər arasında da çox dərin ziddiyyətlər var”.

Həmçinin Rusiya da anlayır ki, Cənubi Qafqaza nəzarətdən söhbət gedirsə, bu mənada nə qədər təəccüblü də görünsə, Türkiyə Rusiya üçün daha əlverişli seçimdir, nəinki İran. Rusiya İrandan daha çox çəkinir və İrandan daha çox ehtiyyat edir. Tarixi olaraq Cənubi Qafqaz uğrunda mübarizə də ənənəvi olaraq Rusiya və Türkiyə arasında getməyib. Bu mübarizə məhz Rusiya ilə İran arasında gedib.

Təbii ki, bu dəfə də Rusiya hansısa addımlar atıb İranı Cənubi Qafqazdan çəkindirəcək. İran indi ona görə cəsarətlənib ki, Rusiyanın İran silahına ehtiyacı var. Rusiya da bunu bilərəkdən edir. Yəni Rusiya Tehranı özünə bağlamaqla onu Qərbdən təcrid edir. Faktiki olaraq Rusiya İranı nüvə danışıqlarına görə Qərbdən uzaqlaşdırır. Rusiya düşünür ki, İran təklənəndə və Qərblə heç bir şansı qalmadıqda, Tehran məcbur olub Rusiyanın diqtəsi ilə hərəkət edəcək.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın o zamankı bəyanatı Moskvanın iradəsi ilə diktə olunan bəyanat idi. Amma məsələ burasındadır ki, İranda siyasilərlə hərbiçilər arasında da çox dərin ziddiyyətlər var. İslam İnqilabı Keşikçiləri Korpusu, hansı ki, dünyanın bir çox ölkələrində terrorçu təşkilat kimi tanınır, düşünür ki, onlar güc hesabına bütün bölgələrdə nəzarəti ələ ala bilərlər. Bununla da İran ərazisində bir bufer zonası yarada bilərlər.

Ərəstun Oruclu: “Cənubi Qafqazda Azərbaycan-Türkiyə-İsrail üçlük ittifaqı, hətta başqa konfiqurasiyalar da tamamilə mümkündür”.

Əslində onlar bir xeyli dərəcədə buna müfəvvəq olublar. Yəni İslam İnqilabı Keşikçiləri İraqda, Suriyada, Yəməndə uğur əldə ediblər. İndi də çalışırlar Cənubi Qafqazda da uğur əldə etsinlər və özlərini hər tərəfdə təhlükəsizləşdirsinlər. Mən düşünürəm ki, bu alınmayacaq. Ona görə ki, Tehran Moskvadan başqa bir tərəfi də, Türkiyəni qiymətləndirmir. Türkiyə artıq Cənubi Qafqazdadır. Hətta Rusiya Cənubi Qafqazı itirsə belə, Tehranın Ankara ilə mübarizədə qalib gəlmək şansı yoxdur.

Bu arada da Cənubi Qafqazda Azərbaycan-Türkiyə-İsrail üçlük ittifaqı, hətta başqa konfiqurasiyalar da tamamilə mümkündür. Amma onu da qeyd edim ki, Ermənistan bölgədə İranın rolunun artmasında maraqlı deyil, amma hazlrda buna məcburdur. Bizdə Ermənistanİran müttəfiq dövlət kimi təqdim edilirŞ əslində isə bu tam olaraq belə deyil. Yeravan Azərbaycan və Türkiyədən ehtiyat edib çəkindiyi kimi, İrandan çəkinir və qorxur. çünki bilir ki, İran ilk fürsətdə Ermənistanı da öz torpaqlarına qatmağı düşünür. Əslində İran Ermənistanla sözdə müttəfiqlik söyləntilərindən yararlanmağa çalışaraq daim manipulyasiya edir. Hər bir halda İranın Cənubi Qafqazda möhkəmlənmək şanslarını mən çox aşağı qiymətləndirirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Ən çox oxunanalar