Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlər və QHT nümayəndələri Edillidə hərbçilərin nəşlərinin qalıqlarına baxıb

Edilli kəndi ərazisindəki başqa yerlərdə də qazıntı işləri aparılacaq...

Azərbaycanın bir qrup Qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri, xarici və yerli media orqanlarının əməkdaşları Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə aşkarlanan kütləvi məzarlığın yerləşdiyi əraziyə baş çəkiblər.

“Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, müvafiq qurumların nümayəndələri jurnalistlərə aşkarlanmış kütləvi məzarlıqda tapılan qalıqlar və görülmüş işlərlə bağlı ətraflı məlumat veriblər.

Bildirilib ki, məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov “Report”un əməkdaşına deyib ki, ola bilər ki, bir həftə bundan əvvəl 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar hələ sonuncu deyil:

“Müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Bunların altında yenə də qalıqlar ola bilər”.

O bildirib ki, Edilli kəndi ərazisindəki başqa yerlərdə də qazıntı işləri aparılacaq.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, yaxın zamanlarda Xocavənd rayonunun Edilli kəndində aşkarlanan 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların Baş Prokurorluğun qərarı əsasında məhkəmə-tibbi ekspertizası aparılacaq:

“Qalıqların hamısı şəxsi əşyaları ilə birgə götürüləcək. Ekspert rəyi verildikdən sonra isə hər bir skeletdən bir neçə nahiyədən sümük qalıqları götürüləcək. Bundan sonra isə genetik ekspertiza aparılacaq. O vaxta qədər də qalıqlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi kriminalistika şöbəsindəki xüsusi depolarda xüsusi şəraitdə saxlanılacaq. Şəxsiyyəti təyin olunandan sonra isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təlimatı ilə qalıqlar ailələrinə təqdim olunacaq”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay