Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan indi də Bakıdan Ermənistanın xəritəsini istəyir  

Paşinyan qorxuya düşüb sarsaqladı...

"Əvvəlcə Paşinyan Ermənistanın tanımağa hazır olduğu Azərbaycanın xəritəsini göstərsin"

Baş naziri Nikol Paşinyan sentyabrın 22-də BMT Baş Assambleyasında çıxışında Ermənistanın Azərbaycanla münasibətlərindən danışıb. O, rəsmi Bakının Ermənistanda yeni ərazilər ələ keçirmək niyyətində olduğuna dair sərsəm iddialarını təkrarlayıb.

Azərbaycan prezidentinə rəsmi və açıq sual verirəm: mənə Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki, onu qəbul edirsiz, yaxud Ermənistan Respublikası kimi qəbul etməyə hazırsınız? Bunu niyə soruşuram? Çünki aydın ola bilər ki, Azərbaycanın rəsmi mövqeyinə görə, yalnız Ermənistanın yarısı, yaxud ondan da azı Ermənistan Respublikasıdır”, – Paşinyan deyib.

Sülh sazişindən danışan Paşinyan isə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Ancaq bir şərtlə ki, Bakı da Ermənistanı beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri çərçivəsində tanısın.

Paşinyan bir neçə gün öncə Ermənistan parlamentində oxşar bəyanat səsləndirmişdi. Belə görünür ki, Paşinyan ordumuzun ermənilərin sərhəddəki son təxribatına verdiyi cavabdan qorxuya düşüb. Ancaq özündə cəsarət tapıb sülh müqaviləsinə imza ata bulmədiyindən sarsaq iddialarla çıxış edir.

Azərbaycan Prezidenti İlham Əliyev isə sentyabrın 21-də Laçın şəhərində çıxışında Ermənistanın təcavüz ittihamlarını rədd edib. O, sərhəddə son toqquşmalardan danışarkən deyib ki, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz. Prezident Azərbaycanın müzakirələrə hazır olduğunu, ikitərəfli delimitasiya komissiyalarının işinə məsuliyyətlə yanaşdığını vurğulayıb.

Prezident bütün xəritələrin toplandığını da deyib: “Bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir”.

Azərbaycanın sülh sazişi üçün Ermənistana təqdim etdiyi beş prinsipdən biri iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutur.

Politoloq Fərhad Məmmədov Paşinyanın çıxışını şərh edərkən bildirib ki, əvvəl Baş nazir Ermənistanın tanımağa hazır olduğu Azərbaycanın xəritəsini göstərsin.

"Axı münaqişənin səbəbi Ermənistanın Azərbaycana ərazi iddiasındadır. Belə xoruzlanmaqdansa nümunə göstərin, tanımağa hazır olduğunuz Azərbaycan xəritəsini göstərin, ancaq bundan sonra oxşarını Bakıdan tələb edin! Deyəsən sülh müqaviləsinə xəritələri də əlavə etmək lazım olacaq",- ekpesrt vurğulayıb.

pia.az


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Tramp və Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı mübahisə ediblər

Ən çox oxunanalar