Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq prezidentlərinin Eçmiədzin toplantısı

Müzakirələrin təfərrüatı açıqlanmır, bu formatda görüşlərin davam etdiriləcəyi bildirilir...

Ermənistanın dini lideri ölkənin və Qarabağ rejiminin sabiq rəhbərləri ilə müzakirə aparıb. Novator.az bildirir ki, sentyabrın 22-si axşam Eçmiədzində, bütün ermənilərin katolikosu II Qareginin iqamətgahında keçirilən görüşə Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan, işğalçı Qarabağ rejiminin sabiq başçıları Arkadi Qukasyan və Bako Saakyan qatılıblar. Müzakirələrin təfərrüatı açıqlanmır, bu formatda görüşlərin davam etdiriləcəyi bildirilir.

1951-ci il təvəllüdlü II Qaregin 1999-cu ildən bütün ermənilərin katolikosudur.

1945-ci il təvəllüdlü Levon Ter-Petrosyan 1990-cı ildən Ermənistana rəhbərlik edib, 1991-1998-ci illərdə prezident postunu tutub.

1954-cü il təvəllüdlü Robert Köçəryan 1992-1997-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki rejimin rəhbəri, 1997-ci ildən Ermənistanın baş naziri, 1998-2008-ci illərdə prezidenti olub.

1954-cü il təvəllüdlü Serj Sərkisyan 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.

1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib, 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də istefa verib.

1957-ci il təvəllüdlü Arkadi Qukasyan Qarabağ rejiminin “xarici işlər naziri” postunu tutub, 1997-2007-ci illərdə “prezident” olub, 2009-2018-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri kimi fəaliyyət göstərib.

1960-cı il təvəllüdlü Bako Saakyan işğalçı Qarabağ rejiminin “daxili işlər naziri”, “milli təhlükəsizlik naziri” olub, 2007-2020-ci illərdə “prezidentlik” edib.

1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.

1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-ci il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın altıda birini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.

Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğalda qalır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay