Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Porsche”sində silah gəzdirən şəxs kriminal avtoritet imiş - Yenilənib

Şirvanda avtomobilindən silah tapılan şəxslə bağlı bəzi faktlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılan Gündüz Novruzov kriminal aləmə yaxın biri olub. O, kriminal aləmdə “Demanlı Gündüz” kimi tanınıb.

G.Novruzov əvvəllər mütəşəkkil dəstənin tərkibində İran vətəndaşını öldürməkdə təqsirli bilinərək həbs həyatı yaşayıb.

Həbsdən çıxdıqdan sonra isə yaşadığı şəhərə “nəzarət” edirmiş.

***

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.

G.Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq - təkrar törədildikdə) və 177.2.3 (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan şəhər sakini Nizami Qasımov da şəhər ərazisində saxlanılıb.

Saxlanılan zaman isə həmin şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış edəcək

Gürcüstanda sorğu: Ölkədə yalnız iki siyasətçiyə etimad var...

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Miley: Argentina Maduronun qələbəsini tanımır...

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Paris-2024: Bu gün altı idmançımız mübarizəyə start verəcək

Ən çox oxunanalar