Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Benzin və dizelin aksiz dərəcəsi artırıldı... - Qiymət artımı üçün zəmin yaradılır?

Benzininin aksiz dərəcəsinin artırılması zərurəti haradan doğdu...

İqtisadçı-ekspert: “Aİ-92” və dizelin qiymətini Tarif Şurası müəyyənləşdirir. Ona görə də daxili aksiz dərəcəsinin dəyişdirilməsinin birbaşa qiymət artımına təsiri yoxdur”.

“Aksiz dərəcəsinin artımı da nəzərəçarpacaq səviyyədə deyil. Yəni bunu bəhanə edib qiymət artımına gedə bilməzlər”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli benzin və dizelin aksiz dərəcəsinin artırılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi benzininin aksiz dərəcəsi 42,0 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18,0 faizdən 18,3 faizə qaldırıldı. Tarif Şurasından isə bildirdilər ki, aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək.

Bəs benzininin aksiz dərəcəsinin artırılması zərurəti haradan doğdu və bu qərar benzinin yaxın zamanlarda qiymətinin artırılması üçün zəmin yaradılması anlamına gəlmir ki?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Bu, sadəcə olaraq, təhlükə zəngidir, bahalaşmaya birbaşa səbəb deyil”.

Tarif Şurasının aksiz və ya başqa vergi növlərinin artmasına baxmayaraq, qiymətləri yerində saxlaya biləcəyini vurğulayan ekspert PİA.az-a bildirib ki, istehlakçılar xərclərinin artmasını və gəlirlilik səviyyəsinin aşağı düşməsini bəhanə gətirərək bir müddət sonra Tarif Şurasına müraciət edə bilərlər:

“Aİ-92” və dizelin qiymətini Tarif Şurası müəyyənləşdirir. Ona görə də daxili aksiz dərəcəsinin dəyişdirilməsinin birbaşa qiymət artımına təsiri yoxdur. Son qərarı məhz Tarif Şurası verir. Yeri gəlmişkən, aksiz dərəcəsinin artımı da nəzərəçarpacaq səviyyədə deyil. Yəni bunu bəhanə edib qiymət artımına gedə bilməzlər. Amma istehlakçılar, hansı ki, aksiz vergi ödəyiciləridir, onlar xərclərinin artmasını və gəlirlilik səviyyəsinin aşağı düşməsini bəhanə gətirərək bir müddət sonra Tarif Şurasına müraciət edə bilərlər.

İstənilən halda son qərar hökumətdən asılı olacaq. Yəni Tarif Şurası aksiz və ya başqa vergi növlərinin artmasına baxmayaraq, qiymətləri yerində saxlaya bilər. Tarif Şurasının belə səlahiyyəti və imkanı var. Bu, sadəcə olaraq, təhlükə zəngidir, bahalaşmaya birbaşa səbəb deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar